Karbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLAR

Karbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLAR"İxrac icmalı"nın noyabr sayı təqdim olunub.
Marja.az xəbər verir ki, "İxrac icmalı"nın noyabr sayına əsasən, 2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın ümumi ixracı 34,7 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac 2,4 milyard ABŞ dolları təşkil edib. 2021-ci ilin on ayı ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 16,2% artıb.
Bu ilin yanvar-oktyabr ayları ərzində kimya sənayesi məhsullarının ixracı 2 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,7%, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 24,5%, çay ixracı isə 48,9% artıb. 
Aqrar və aqrar sənaye məhsulları üzrə birgə ixracın statistik dəyəri 672,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən meyvə-tərəvəz məhsulları aqrar məhsullar qrupunun 92,5%-ini təşkil edib. Qeyri-neft-qaz ixracının tərkib hissəsində əhəmiyyətli yer tutan aqrar-sənaye məhsullarının yaratdığı əlavə dəyər ötən ilin müvafiq dövrü ilə müqayisədə 29% artıb. 
2022-ci ilin yanvar-oktyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında karbamid (181,8 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq mahlıcı (151,9 milyon ABŞ dolları) ikinci, qızıl (143 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.  
2022-ci ilin yanvar-oktyabr ayları ərzində Rusiya Federasiyasına 687 milyon ABŞ dolları, Türkiyəyə 582,5 milyon ABŞ dolları, Gürcüstana 164,4 milyon ABŞ dolları, İsveçrə Konfederasiyasına 152,6 milyon ABŞ dolları və Qazaxıstana isə 75 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2022-ci ilin oktyabr ayı üzrə ixrac 5,2 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə ixrac isə 269,1 milyon ABŞ dolları təşkil edib. 2022-ci ilin oktyabr ayı ərzində yeyinti məhsulları üzrə ixrac 73 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 17,5% artaraq 196,2 milyon ABŞ dollarına bərabər olub.
2022-ci ilin oktyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (84,8 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (70,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (19,8 milyon ABŞ dolları) üçüncü  olub.
2022-ci ilin oktyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında elektrik enerjisi (28,5 milyon ABŞ dolları) birinci, karbamid (18,3 milyon ABŞ dolları) ikinci və qızıl (14,6 milyon ABŞ dolları) üçüncü olub.
Karbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLARKarbamid 1-ci, pambıq mahlıcı 2-ci və qızıl 3-cü olub - İXRACA DAİR YENİ MƏLUMATLAR

Maliyyə     Tarix: 02 dekabr 2022

Oxşar xəbərlər

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Dövlət büdcəsinin gəlirləri azalıb

2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb

2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü

Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycaan xarici vətəndaşlara 5 milyon 248 min manat "Tax free" qaytarıb

2026-cı ilin yanvar – iyul ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn

1 tonu üçün 150 manat gömrük yığımı alınacaq

Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar


iqtisadi xeberler leobank kart dollar kursu iqtisadiyyat xeberleri biznes krediti