Kartlarda olan pullar vergiyə cəlb olunacaq?

Kartlarda olan pullar vergiyə cəlb olunacaq?Bu il fevralın 1-dən etibarən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin vergiyə yenidən cəlb olunmasından sonra kartlarda olan pullara verginin tətbiq olunub-olunmaması ilə bağlı çoxsaylı suallar ünvanlanır.
Marja.az-ın məlumatına görə, millət vəkili Vüqar Bayramov bildirib ki, "Vergi Məcəlləsinə" edilən dəyişikliklərdən sonra 2023-cü il fevralın 1-dən etibarən 5 (beş) il müddətində Azərbaycan Respublikasının ərazisində, habelə ölkə hüdudlarından kənarda rezident hüquqi şəxslər tərəfindən kütləvi təklif edilmiş və tənzimlənən bazarda ticarətə buraxılmış səhmlər və istiqrazlar üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri vergidən azad olundu. Bu məcəllənin 102.1.22-2 maddəsi ilə tənzimlənir. Göründüyü kimi, fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri azad olmalar siyahısında deyil.
İllik 12.99%-dən 40 000 AZN-dək zaminsiz komissiyasız kredit!
Həmin məcəllənin 123-cü maddəsi ödəmə mənbəyində faizlərdən vergi tutulmasını nəzərdə tutulur. Deməli, kartlarda olan vəsaitlər ilə bağlı iki hal mümkündür.
1. Əgər kartda olan vəsait gəlir gətirmirsə (məsələn, pulun saxlandığı debet və kredit plastik kartlar) o halda kartda olan pul vergiyə cəlb olunmur.
2. Əgər kartda olan vəsaitə faiz hesablanırsa və kart sahibinə aylıq və ya illik gəlir gətirirsə o halda həmin qazanc vergiyə cəlb olunacaq. Məsələn, kartda 5 min manat pul var. Həmin vəsaitə illik 7 faiz gəlir hesablanır və bu məbləğə 400 manat əlavə olunur. Bu halda kart sahibinin ödədiyi illik vergi 40 manat olur (400 manat X 10 %). Kartda olan əsas məbləğin vergiyə cəlb olunması nəzərdə tutulmur. Yalnız faizi gəliri vergiyə cəlb oluna bilər.
"Bir daha qeyd etmək istərdim, sizin kartınızdakı vəsait faiz gəliri gətirmirsə heç bir halda sizdən vergi ödəmək tələb oluna bilməz",- millət vəkili vurğulayıb. 

Maliyyə     Tarix: 03 fevral 2023

Oxşar xəbərlər

Neft-qaz sektoru 0,6 faiz kiçilib, qeyri neft-qaz sektoru isə 2,2 faiz böyüyüb

2026-cı ilin yanvar-iyul aylarında ölkədə 76 milyard 817,7 milyon manat məbləğində və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal edilib. Dövlət Statistika Komitəsinin açıqladığ

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Dövlət büdcəsinə ödəniləcək vəsait 4 milyard manatı keçib – Artıq ödəmələr də yüksəlib

2026-cı il iyulun 1-nə dövlət büdcəsinə ödəniləcək vəsaitin məbləği 4 milyard 50,4 milyon manata çatıb. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2026-cı ilin birinci yarısına dair hesabatına istinadən xəbər verir ki

Büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən göstərilən xidmətlər üzrə müraciətlərin qəbulu və icra prosesində büdcə təşkilatlarına metodiki dəstəyin göstərilməsi üçün "Xəzinə Bələdçisi" hazırlanıb

FED faiz qərarını açıqladı

Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

"Yaşıl enerji kabeli layihəsi üzərində işləyirik"

"Bu gün biz tərəfdaşlarımızla enerji kabeli layihələri üzrə sıx əməkdaşlıq edirik. Texniki-iqtisadi əsaslandırma mərhələsinin artıq yekunlaşmaq üzrə olduğu "Qara dəniz Enerji Kabeli" layihəsi Azərbaycanı Gürcüstan


iqtisadi xeberler avtomobil xeberleri bu gunun xeberleri bitkoin qiymeti dollarin kursu bu gun