"Kazmortransflot" Aktau-Bakı marşrutu ilə neft nəqlini 2 dəfədən çox artırıb
"Kazmortransflot" şirkəti ("KazMunayQaz"ın törəmə şirkəti) bu ilin yanvar-iyul aylarında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə 25.5 min ədəd iyirmi fut tutumlu konteynerin (TEU) daşınmasını həyata keçirib.
2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə bu göstərici 2.4 dəfə artıb.
"2019-cu ilin aprel ayında Aktau-Bakı xətti işə salındıqdan sonra "Kazmortransflot" tərəfindən konteyner daşımalarının ümumi həcmi bu ilin avqust ayının əvvəlində 100 min TEU-ya çatıb", – məlumatda deyilir.
Bu ilin 7 ayı ərzində "Kazmortransflot" şirkəti tərəfindən Xəzər dənizi ilə 1 milyon 292 min ton neft daşınıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3.9 dəfə çoxdur.
Hesabat dövründə Aktau-Bakı marşrutu ilə neft nəqli 75% artaraq 246 min tondan 431 min tona çatıb", – məlumatda bildirilib.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir. / banker.az

Azərbaycanlı milyarder dünya zənginləri reytinqində 77-ci pillədədir
"GTA 6" satış rekordu qırdı – 3 milyard 790 milyon dollar gəlir
Bakı restoranlarının gündəlik gəlirləri - 5 MİLYON DOLLARI KEÇDİ
Azərbaycanda əsas kapitala xarici investisiyalar 18%-dən çox artıb
Bir vaxtlar izdiham yaşanan Sədərəkdə müştəri qıtlığı hökm sürür
1929-cu il: ABŞ-də başlayan maliyyə fəlakəti dünyanı necə Böyük Depressiyaya sürüklədi?
"The Economist" 2027-ci il üçün proqnozu – Dünya iqtisadiyyatını və siyasətini hansı risklər gözləyir?
Milyonlar qazandıran qəribə biznes ideyaları
Whatsapp biznesin üstünlükləri nələrdir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İban nədir?
1000 manatla hansı biznesi qurmaq olar?