Keyfiyyəti idarəetmə sahəsi üzrə terminologiyaya dair dövlət standartı yenilənib
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən ISO 9000:2015 "Quality management systems. Fundamentals and vocabulary" beynəlxalq standartı əsasında AZS ISO 9000:2024 "Keyfiyyəti İdarəetmə Sistemləri. Əsas müddəalar və lüğət" dövlət standartı qəbul edilib.
Məlum olduğu kimi, Keyfiyyəti İdarəetmə Sistemləri (KİS) müəssisə və təşkilatların fəaliyyətini müvafiq sahələr üzrə qanunvericilik və beynəlxalq tələblərə uyğun təşkil etmək, o cümlədən müştəri məmnuniyyətini təmin etmək üçün tətbiq olunan əsas prinsipləri və metodları əhatə edir. KİS-in effektiv tətbiqi və davamlı təkmilləşdirilməsi üçün müvafiq terminologiyanın düzgün anlaşılması və istifadə edilməsi əsas məsələlərdən biridir.
Yeni dövlət standartının tətbiqi keyfiyyəti idarəetmə sahəsində vahid terminologiyadan istifadə etməklə müəssisə və təşkilatlarda digər idarəetmə sistemləri ilə qarşılıqlı əlaqəni təmin edəcək və KİS-in effektiv və səmərəli şəkildə tətbiq edilməsinə imkan yaradacaqdır.
Sözügedən dövlət standartı "Uyğunluğun qiymətləndirilməsi" standartlaşdırması üzrə Texniki Komitə (AZSTAND/TK 08) tərəfindən müzakirəyə çıxarılıb və İnstitut tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları