Kişi 30 manat pula görə keçmiş arvadını DÖYDÜ

Kişi 30 manat pula görə keçmiş arvadını DÖYDÜSabunçu Rayon Məhkəməsində anasını döyməkdə təqsirləndirilən Sərdar Səmədovun (ad, soyadı şərti) cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara əsasən, o, Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 300 saat ictimai işlər cəzasına məhkum edilib. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli cəzanın çəkilməsinə cəlb olunduğu vaxtdan hesablanıb.
Hökmdə qeyd olunub ki Sərdar Səmədovun üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Hökmün icrası onun yaşayış yeri üzrə İcra və Probasiya Şöbəsinə tapşırılıb.
İttiham aktına əsasən, hadisə bu il avqustun 4-ü saat 21:30 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində qeydə alınıb.
Belə ki, Sərdar Səmədov keçmiş arvadı İlhamə Qarayeva (ad, soyadı şərti) ilə yaşadığı mənzildə olarkən ondan 30 manat pul istəyib. Qadın isə həmin pulu ona verməyib. Buna görə hər iki şəxsin arasında mübahisə yaranıb. Daha sonra təqsirləndirilən şəxs qəsdən ayağı ilə keçmiş arvadının sağ ayağının baldır nahiyyəsinə vuraraq ona bədən xəsarəti yetirib.
Məhkəmə iclasında Sərdar Səmədov elan edilmiş ittihamda özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, hadisə günü keçmiş arvadı İlhamə ilə aralarında mübahisə yaranıb.
Təqsirləndirilən şəxs söyləyib ki, onlar rəsmi boşansalar da, eyni evdə yaşamağa davam ediblər: "Hadisə günü İlhamə işdən gec gəlmişdi və mən buna görə narazılığımı bildirdim. Sonra İlhamədən evə bazarlıq etmək üçün 30 manat pul istədim və sabahısı gün qaytaracağımı dedim. İlhamə pulu vermədi və aramızda mübahisə yarandı. Mən də ona qəsdən xəsarət yetirmədim. Mübahisə əsnasında zərərçəkmiş şəxs məni dəfələrlə vurdu və üzərimə gəldi. Mən də bilmədən ayaq üstə dayanmış vəziyyətdə olan keçmiş arvadımın baldırının üzərinə çıxdım. Törətdiyim əməldən səmimi peşmanam".
Məhkəmə iclasında zərərçəkmiş şəxs ifadəsində deyib ki, 2006-cı ildə təqsirləndirilən şəxs ilə ailə həyatı qurub və 2009-cu ildə rəsmi nikahları olub: "Birgə nigahdan 2009-cu il təvəllüdlü və 2011-ci il təvəllüdlü iki oğlan övladımız var. Lakin Sərdar evə baxmadığı və spirtli içki aludəçisi olduğuna görə dörd ildir ki, rəsmi olaraq ayrılmışıq. Uşaqlar məndə qaldığı üçün Sərdar tez-tez yaşadığımız evə gələrək qalır və məndən pul tələb edirdi. Son zamanlar Sərdar mərc oyunlarına qurşandığı üçün müxtəlif məbləğlərdə pullar uduzurdu. Hadisə günü o, qaldığım evdə olarkən məndən 30 manat pul istədi. Mən də Sərdara pul verməyəcəyimi bildirdim. Buna görə mənlə mübahisə etməyə başladı. Həmin vaxt yataq otağında yerdə uzanıqlı vəziyyətdə idim. O, qəsdən sağ ayağımın üzərinə vurdu və mənə xəsarət yetirdi. Hazırda ondan şikayətçiyəm".//Pravda.az

Xəbərlər     Tarix: 08 sentyabr 2022

Oxşar xəbərlər

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO

Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd

Maaşlardan yığılan vergi 21% artıb

Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki

Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI

Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

ABŞ-da bağlanmanın yaratdığı məlumat boşluğu sentyabr məşğulluq hesabatı ilə sona çatır

Bazarlar ABŞ-ın sentyabr ayı üçün məşğulluq hesabatına diqqət yetirir. Hesabat, tarixdə ən uzun müddət davam edən federal hökumətin bağlanması səbəbindən vaxtında açıqlanmayıb. xəbər verir ki, dövlət və özəl sektorda ümum

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Çin mənzil bazarını canlandırmaq üçün yeni tədbirlər görür

Çin, maliyyə sistemini təhdid edə biləcək daha da zəifləmə ilə bağlı narahatlıqlarla mübarizə aparan mənzil bazarını canlandırmaq üçün yeni tədbirləri nəzərdən keçirir. xəbər verir ki, məsələ ilə tanış olan insanların sözlərin

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə


iqtisadi xeberler biznes qurmaq bitkoin internetden pul qazanmaq valyuta xeberleri