KİV: "Rusiya Ukraynada 12,4 trilyon dollar dəyərində faydalı qazıntı yataqlarına nəzarət edir"
Rusiya Ukraynada 12,4 trilyon dollar dəyərində bir neçə faydalı qazıntı yatağına nəzarəti ələ keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.
Məlumata görə, yataqların bir hissəsi 2014-cü ildə Krımın ilhaqından sonra Moskva tərəfindən ələ keçirilib.
Qəzet Kanadanın "SecDev" şirkətinin məlumatlarına istinadən yazır ki, hazırda Rusiya ordusunun nəzarətində olan ərazilərdə ən azı 12,4 trilyon dollar dəyərində yanacaq, metal və mineral yataqları yerləşir:
"Ukrayna artıq kömür yataqlarının 63%-ni, neft yataqlarının 11%-ni, təbii qaz yataqlarının 20%-ni, metal yataqlarının 42%-ni və litium da daxil olmaqla nadir torpaq mineralları yataqlarının 33%-ni itirib".
Hərbi əməliyyatlar zamanı Rusiya 41 kömür, 27 təbii qaz, 14 propan, 9 neft, 6 dəmir filizi, 2 titan filizi, 2 sirkonium filizi yatağı müsadirə edib.
Bildirilib ki, Ukrayna öz yataqlarının demək olar ki, üçdə ikisinə çıxışını həmişəlik itirə bilər. Bu, Qərbi Avropa üçün Rusiya və Çindən idxala alternativ tapmaqda çətinlik yarada bilər.
İqbal Rzayev,
KONKRET.az

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
CV hazırlayarkən buraxılan 5 səhv
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Milyonlar qazandıran qəribə biznes ideyaları
Dünyanın ən bahalı restoranları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt