KOB-ların maliyyələşdirilməsi məqsədilə 5-ci qrant müsabiqəsi - ELAN EDİLİR - ŞƏRTLƏR
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə dəstək məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 5-ci qrant müsabiqəsi elan edilir.
Müsabiqə Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası"na uyğun olaraq keçirilir.
Şərtlər:
- Müsabiqədə mikro, kiçik və orta sahibkarlıq subyektinə aid olan hüquqi və ya fiziki şəxslər iştirak edə bilərlər;
- Layihələr təhsil, elm, tədqiqat və dəstək sahələrindən birinə aid olmalıdır;
- Hər bir şəxs müsabiqə çərçivəsində yalnız 1 layihə təqdim etmək hüququna malikdir;
- Layihələrin icra müddəti 3 aydan az, 12 aydan çox olmamalıdır;
- Digər qurumlar tərəfindən tam maliyyələşdirilmiş, icrası davam edən və ya başa çatmış layihələr Agentlik tərəfindən əlavə olaraq və ya təkrar maliyyələşdirilə bilməz;
- Müsabiqədə iştirak üçün tələb olunan sənədlər tam şəkildə təqdim olunmalıdır;
- Layihə çərçivəsində müəyyən edilmiş işlərin icrasına 01.06.2024-cü il tarixindən başlanılması nəzərə alınmalıdır;
- Müsabiqəyə təqdim edilən layihələr Azərbaycan dilində tərtib edilməlidir.
Ayrılan maliyyə vəsaitinin həcmi: Hər bir layihə üzrə maliyyələşdirilmə məbləği maksimum 20 min manat həcmində nəzərdə tutulur.
Layihə sənədlərinin qəbulu: 4 mart 2024-cü il, saat 09:00-dan - 2 aprel 2024-cü il saat 18:00-dək (Qeyd: Müəyyən edilmiş vaxtdan əvvəl və ya sonra təqdim olunan layihə sənədləri qəbul olunmayacaqdır).
Müsabiqənin keçirilmə vaxtı: 4 aprel 2024-cü il - 14 may 2024-cü il.
Müsabiqədə iştirak etmək istəyən KOB subyektləri aşağıdakı sənədlərlə 4 mart 2024-cü il saat 09:00-dan - 2 aprel 2024-cü il saat 18:00-dək elektron formada ([email protected]) və ya kağız daşıyıcılarda birbaşa Agentliyə (Bakı şəhəri, Ziya Bünyadov 38C, 1969-cu məhəllə, "Bakı KOB evi") müraciət edə bilərlər:
- Ərizə forması;
- Müsabiqəyə təqdim olunan layihə;
- Layihənin büdcəsinin maliyyə əsaslandırılması;
- Layihənin icraçıları barədə məlumat;
- KOB subyekti olan fiziki şəxsin, yaxud hüquqi şəxsin nümayəndəsinin şəxsiyyətini və səlahiyyətlərini təsdiq edən sənədlərin surətləri;
- Müraciət edən hüquqi şəxs olduqda hüquqi şəxslərin dövlət reyestrindən çıxarışının və nizamnaməsinin surətləri.
Qeyd: müvafiq sənədləri aşağıdakı linkdən yükləyə bilərsiniz:
Müsabiqənin nəticələri barədə məlumat 15 may 2024-cü il tarixindən sonra KOBİA-nın www.smb.gov.az rəsmi internet səhifəsində yerləşdiriləcəkdir.
Əlavə məlumat üçün: 131 Çağrı Mərkəzi, (+994 12) 404 04 01. / fed.az

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Biznes planı necə yazmaq lazımdır?
Biznes qurmaq üçün nə lazımdır?
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Kriptovalyuta nədir və necə alınır?
Françayzinq nədir və necə olur?