KOB-ların məhsul və xidmətləri "Rebuild Karabakh" sərgisində - FOTOLAR
"Rebuild Karabakh" sərgisində dövlət dəstəyi hesabına KOB-lar üçün ayrılmış xüsusi stenddə 14 sahibkarlıq subyektinin məhsul və xidmətləri təqdim olunur.
FED.az xəbər verir ki, Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı" Sərgisi ("Rebuild Karabakh") öz işinə başlayıb.
Sərgidə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılmasına, satış imkanlarını genişləndirilməsinə və yeni biznes əlaqələri qurmasına dəstək məqsədilə bu dəfə də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təmin etdiyi dövlət dəstəyi hesabına KOB-lar üçün ayrıca stend qurulub.
Stenddə 14 KOB subyektinin kənd təsərrüfatı, sənaye, alternativ enerji, inşaat məhsulları, təmir, proqram təminatı, layihələndirmə və s. xidmətləri təqdim edilir.
Həmçinin stenddə KOBİA-nın və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilir.
Qeyd edək ki, "Rebuild Karabakh" Sərgisi Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgidir. Sərginin məqsədi işğaldan azad olunduqdan sonra Qarabağdakı müsbət dəyişikliklərə, bərpa və yenidənqurma işlərinə diqqəti çəkmək, biznesin bu ərazilərin inkişafında və infrastrukturunun bərpasında iştirakını, buraya investisiya qoyuluşunu təşviq etməkdir. Xəzər İnşaat Həftəsi çərçivəsində keçirilən "Rebuild Karabakh" Sərgisi ilə yanaşı, Bakı Ekspo Mərkəzində 28-ci Azərbaycan Beynəlxalq İnşaat ("BakuBuild"),15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu ("Aquatherm Baku") və 11-ci Xəzər Beynəlxalq Yol İnfrastrukturu və İctimai Nəqliyyat ("Road&Traffic") sərgiləri də keçirilir. Sərgilər oktyabrın 21-dək davam edəcəkdir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Kriptovalyuta nədir və necə alınır?
Yatırım olmadan necə biznes qurmaq olar?
Digital Card nədir?
Ən çox gəlir gətirən onlayn bizneslər
Elon Musk kimdir?