KOB subyektləri üçün 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıb

KOB subyektləri üçün 5-ci qrant müsabiqəsinin nəticələri açıqlanıbMikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş beşinci qrant müsabiqəsinin nəticələri açıqlanıb.
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən keçirilmiş müsabiqəyə təqdim edilmiş layihələrdən 21-nin maliyyələşdirilməsi barədə qərar qəbul olunub. Qalib layihələrin hər birinə maksimum 20 min manata qədər maliyyə vəsaiti ayrılacaq.
Layihələrin ekspertizası məqsədilə yaradılmış Ekspert Komissiyasının iyunun 3-də keçirilmiş iclasında qeyd edilib ki, müsabiqəyə KOB subyektləri tərəfindən 290 layihə təqdim olunub. KOB subyektlərinə məxsus layihələrin 126-sı hüquqi, 163-ü fiziki şəxslərə, 1-i isə qeyri-sahibkara, o cümlədən 279-u mikro, 9-u kiçik, 1-i orta sahibkarlıq subyektlərinə məxsusdur. Müsabiqəyə təqdim olunmuş layihələrdən 108-i təhsil, 15-i elm, 53-ü tədqiqat və 113-ü dəstək layihələridir. Layihələrin 11-i "yaşıl iqtisadiyyat" ilə bağlıdır.
Qeyd edək ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi üçün elan edilmiş 5-ci qrant müsabiqəsinə sənəd qəbulu 4 mart – 2 aprel 2024-cü il tarixlərində, layihələrin ekspertizası və qiymətləndirilməsi isə 4 aprel - 15 may 2024-cü il tarixlərində həyata keçirilib. Ekspert Komissiyası tərəfindən layihələrin qiymətləndirilməsi zamanı Nazirlər Kabinetinin 30 sentyabr 2020-ci il tarixli Qərarı ilə təsdiq olunmuş meyarlara uyğun olaraq, onun mikro, kiçik və orta sahibkarlığın inkişafına təsiri, innovativliyi, əsaslandırılmış ideyasının olması, praktiki məqsədlər üçün tətbiq imkanları, layihənin icrası üçün lazımi təcrübənin və maddi-texniki bazanın mövcudluğu və digər bu kimi amillər əsas götürülüb.
Qalib layihələr barədə ətraflı məlumatı KOBİA-nın saytından öyrənmək olar: 

Biznes     Tarix: 03 iyun 2024

Oxşar xəbərlər

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir

Avropa şirkətləri Azərbaycanda dövlət tenderlərində bərabər rəqabət imkanlarının daha da artırılmasını vacib hesab edirlər. Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb. xəbə

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Şərikli biznes quranların problemlə üzləşməməsi üçün - HÜQUQŞÜNASDAN 5 VACİB TÖVSİYƏ

Son illər Azərbaycanda ortaq şəkildə qurulan bizneslərin sayı artmaqda, şərikli iş quranların sıraları genişlənməkdədir. xatırladır ki, insanlar bəzən tək güclə biznesi qura bilməyəcəklərini anlayaraq müxtəlif şərtlərlə ortaqlı

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin


iqtisadi xeberler kicik biznes biznes ideyalari 1000 manatla biznes depozit faizleri