KOBİA Almaniyada kurs keçmək istəyən sahibkarlara - MÜRACİƏT EDİB
İqtisadiyyat Nazirliyinin Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı" çərçivəsində 2023-2024-cü illər üçün müsabiqə elan edir.
Bu barədə FED.az KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, proqram Azərbaycan İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq KOBİA və GİZ tərəfindən birgə həyata keçirilir.
Təlim "İqtisadi kooperasiya", "Sənaye 4.0", "Yaşıl iqtisadiyyat" və "Ağıllı kənd təsərrüfatı" ilə bağlıdır, təlimin dili ingilis dilidir, təlim mərhələsi 6 həftədir, Almaniyada təcrübə 2 həftə nəzərdə tutulub.
Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:
- Müraciət forması (Application Form);
- Şəxsiyyət vəsiqəsinin surəti;
- E-sosial portalından iş yerinə dair arayış;
- Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin icazə məktubu;
Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, .

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Françayzinq nədir və necə olur?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
İKEA şirkətinin tarixi