KOBSKA investorlarla - GÖRÜŞ KEÇİRDİ
Yerli layihə rəhbərləri və investrolar arasında körpü rolunu oynayan Kiçik və Orta Biznes Subyektləri və Klublarının Assosiasiyası (KOBSKA) öz biznes layihələrinə investor cəlb etmək istəyənlər ilə yerli investorlar arasında görüş təşkil edib.
KOBSKA "Veysəloğlu" və "OBA"nı – TƏLTİF ETDİ
FED.az xəbər verir ki, KOBSKA-nın sədri Nigar Ələsgərovanın sözlərinə görə bu kateqoriyalı görüşlər yerli bazarda investisiya mühitinin inkişafına birbaşa dəstək olacaq.
"Mən çox şadam ki, Azərbaycanlı investorlar xarici bazar ilə paralel yerli bazarda olan perspektivli layihələrə yatırım etməkdə də maraqlıdırlar. Biz, 19 Yanvar 2023-cü il tarixində yerli investorlarla keçirilən görüşdə onlara sərbəst vəsaitlərini dəyərləndirmək üçün qida sektorunda öz mövqeyini möhkəmləndirmiş hazır biznes layihələri təqdim etdik. Bunlar "Bam xurma" məhsullarının idxal və satışı, Belarusiyadan paketlənmiş toyuq və toyuq məhsullarının idxalı və satışı, çərəzlər, halal kolbasa və sosis istehsalı ilə bağlı idi. "Retor ANSAR MMC" təklif etdiyi layihələr hal-hazırda da gəlir gətirən layihələrdir. İş adamları, şirkət rəhbərləri və fərdi sahibkarların da iştirak etdiyi görüşdə biznes sahibləri birlikdə müvafiq sənədlərə baxış keçirildi, layihə ilə bağlı suallar cavablandırıldı."
Qeyd edək ki, Azərbaycanın Founder, AKİAB, kimi bir neçə biznes klublarının və KOB subyektlərinin üzv olduğu KOBSKA yerli bazar iştirakçılarına 13 fərqli istiqamət üzrə dəstək göstərməkdədir. Qeyri-hökümət təşkilatı yeni rebrendinqdən sonra tezliklə yenilənmiş və informativ saytını da istifadəyə verəcəkdir.

Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
2026-cı il üzrə adi ipoteka kreditləşməsi üçün növbəti limitlər ayrılır
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
"Bitcoin" 74 min dollardan aşağı düşüb - SON QİYMƏT
"FINCA Azərbaycan"ın xalis mənfəəti 23 faiz artıb - Yarımillik hesabatın rəqəmləri
Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasından yazıb
"Qala Həyat"ın ödənişləri 76% artıb
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Azərbaycanda 8 milyonluq şirkətin – SƏRMAYƏSİ AZALDILIR
FINCA Azerbaijan "Heyva Festivalı"nda yerli sahibkarlarla bir araya gəlib - FOTOLAR
1000 manatla hansı biznesi qurmaq olar?
Marketinq nə demədir?
Biznes planı necə yazmaq lazımdır?
Elon Musk kimdir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?