"Kölgə iqtisadiyyatı"nın ləğvinə dair aparılan iş əhəmiyyətli dəyişikliklər yaradıb"
Azərbaycanda "kölgə iqtisadiyyatı"nın aradan qaldırılması ilə bağlı aparılan işlər həm dövlət büdcəsinin gəlirlərinin təmin edilməsində, həm də iqtisadi dövriyyənin şəffaflaşmasında əhəmiyyətli dəyişikliklər yaradıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi Orxan Nəzərli Milli Məclisin İqtisadi siyasət, Sənaye və Sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
"Vergilərlə yanaşı, məcburi dövlət sosial, işsizlikdən və icbari tibbi sığorta haqlarının yığılması vergi orqanlarına həvalə edilib. Son illər vergi qanunvericiliyində və inzibatçılığında dəyişikliklər fiskal gəlirlərin əhəmiyyətli artımını təmin edib", - deyə o qeyd edib.
O.Nəzərli əlavə edib ki, bu gün vergi orqanları dövlət büdcəsinin formalaşdırılması, habelə iqtisadi inkişafın təmin edilməsində və sahibkarların dəstəklənməsində fəal iştirak edir:
"Bu gün iqtisadiyyatımız qarşısında duran çağırışlar göstərir ki, vergi siyasəti qarşıdakı dövrdə də iqtisadi siyasətin həyata keçirilməsi üçün əsas tənzimləmə alətlərindən biri olmaqda davam edəcək. Ölkənin yeni iqtisadi inkişaf dövründə iqtisadiyyatının davamlılığının təmin edilməsi, böyüməsi və artımının sürətlənməsi üçün vergi siyasətinin çevik hədəflərə adaptasiya oluna bilən nəticə yönümlülüyü artmaqdadır".
© "Report"

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
McDonalds haqqında maraqlı faktlar
Kriptovalyuta nədir və necə alınır?
Bitcoin nədir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Kriptovalyuta nədir?