Kripto hesablarını dondurma səlahiyyəti veriləcək
Türkiyə maliyyə cinayətləri ilə mübarizədə yeni bir addım atır.
Biznes.az xəbər verir ki,Türkiyə, çirkli pulların yuyulması və maliyyə cinayətləri ilə mübarizə çərçivəsində Maliyyə Cinayətlərini Araşdırma Şurasına (MASAK) bank və kripto hesablarını dondurma səlahiyyəti verməyə hazırlaşır. Hazırlanmaqda olan qanun layihəsi ilə birlikdə MASAK-a bankalarda, ödəniş təşkilatlarında, elektron pul şirkətlərində və kripto platformalarındakı şübhəli hesabları dondurma və əməliyyatlara məhdudiyyət qoyma səlahiyyətinin verilməsi planlaşdırılır.
Kripto ünvanları da qara siyahıya salınacaq
Tənzimləmə, çirkli pulların yuyulmasına qarşı beynəlxalq standartları müəyyən edən və Türkiyənin də üzvü olduğu Mali Fəaliyyət Tapşırıq Qrupunun (FATF) meyarlarına uyğun olacaq.
Yeni səlahiyyətlər çərçivəsində MASAK, qanunsuz istifadə edildiyi müəyyən olunan hesabları bağlaya, əməliyyat limitləri qoya, mobil bankçılıq xidmətlərini dayandıra və cinayətlə əlaqəli kripto ünvanlarını qara siyahıya sala biləcək. Xəzinə və Maliyyə Nazirliyi mövzu ilə bağlı şərh verməsə də, tənzimləmənin xüsusilə qanunsuz mərc və dələduzluqda istifadə olunan "icarəyə götürülmüş hesab" praktikasını aradan qaldırmağı hədəflədiyi bildirilir.
Hələ layihə mərhələsində olan tənzimləmənin yeni qanunvericilik ilində Məclisə təqdim ediləcəyi gözlənilir. Onun 11-ci Məhkəmə Paketi çərçivəsində yer alması planlaşdırılır. Təklifin komissiya və Baş Assambleya müzakirələri zamanı dəyişdirilə biləcəyi ifadə olunur.

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq
EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
Mcdonalds françayzinqi neçiyədir?
Evdə biznes qurmağın yolları
Shopify-da necə satışa başlamaq olar?
Biznesə aid ən yaxşı 10 kitab
Bill Qeyts kimdir?