"Kripto kraliçası" 10 ən çox axtarılan şəxslərin siyahısına salınıb – 4 milyardlıq iddia
"Kripto kraliçası" kimi tanınan, əslən Bolqarıstandan olan Ruja İgnatova ABŞ-ın Federal Təhqiqatlar Bürosunun "10 ən çox axtarılan şəxslər" siyahısındadır.
İgnatova fırıldaqçılıqda ittiham olunur. Onun minlərlə insanı aldadaraq milyardlarla avro dəyərində sərvət yığdığı bildirilir. Bu sərvətin 4 milyard dollara çatdığı deyilir. 2017-ci ildən yoxa çıxan Ruja İgnatova sonuncu dəfə Bolqarıstandan Yunanıstana təyyarə ilə səfərə gedərkən görülüb. O, guya OneCoin adlı kriptovalyuta yaradıb və müxtəlif ölkələrdəki insanlara bu valyutanı satıb.
Hesablamalara görə, 2014-cü ilin avqustundan 2017-ci ilin martına qədər Pakistandan Braziliyaya, Kanadadan Norveçə və hətta Fələstinə qədər onlarla ölkədən milyardlarla avro OneCoin-ə daxil olub.
OneCoin soyğunçuluğunun uğuru onun təkcə saxta kriptovalyuta deyil, həm də piramida sxemi olması ilə əlaqələndirilir. İgnatovanın piramidası məhz Ponzi sxemi üzrə işlədiyi iddia olunur.
Manhattan Federal prokuroru Damian Williams deyib ki, İgnatova kriptovalyutanın ilk illərindəki "mükəmməl vaxtdan" istifadə edib.
ABŞ-ın Federal Təhqiqatlar Bürosu (FTB) daha çox adamdan məlumat ala bilmək üçün qaçaq şəxsləri "ən çox axtarılanlar siyahısına" əlavə edir.
FTB Bolqarıstan əsilli qadının həbsinə töhfə verəcək məlumat üçün 100 min dollar mükafat elan edib. /banker.az

Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Azərbaycan banklarının aktivləri 62 milyard manatı keçib – 8 ayda 950 milyon manata yaxın xalis mənfəət
"Formula-1" dövründə Bakı restoranlarının - GƏLİRLƏRİ 3 DƏFƏ ARTIB – ARAŞDIRMA
Azərbaycan-Suriya Biznes Şurası yaradılıb
"İtaliya şirkətlərinin Azərbaycana köçürülməsi üzərində işləyirik"
Mikro və kiçik bizneslərə verilən kreditlər sürətlə artıb
İlham Əliyev "Global Infrastructure Partners" şirkətinin rəhbərini qəbul edib
ABA: Bank kartlarının sayına yeni yanaşma mövcud kartlara şamil edilmir
Bankların əmanət sahiblərinə faiz ödənişləri 1 milyard manata yaxınlaşdı
Biznes nədir və hansı növləri var?
1000 manatla hansı biznesi qurmaq olar?
Dünyanın ən zəngin idmançıları
Biznes nədir?
Kriptovalyuta məzənnəsi necə analiz olunur?