Kripto-milyarder ehtiyacı olmadığına görə sərvətinin - 99%-Nİ BAĞIŞLAYACAQ

Kripto-milyarder ehtiyacı olmadığına görə sərvətinin - 99%-Nİ BAĞIŞLAYACAQMəşhur kriptovalyuta milyarderi Sem Bankman-Fried sərvətinin  başqalarına verməyə hazır olduğunu açıqlayıb. Bankman-Friedin qərarı universitetdə öyrəndiyi altruizm fəlsəfəsinə əsaslanır. O, bu pula ehtiyacı olmadığını deyir.
Eləcə də bax: Kriptovalyuta milyarderləri - AÇIQLANDI
FED.az Banker.az-a istinadən xəbər verir ki, 30 yaşlı Bankman-Fried qlobal kriptovalyuta biznesindən milyardlarla dollarlıq şəxsi sərvət qazanmağına baxmayaraq, universitet illərində olduğu kimi hələ də Toyota Corolla sürür. Xəbərə görə, kripto-milyarder daha çox pul paylaya bilmək üçün mümkün qədər çox pul yığmağı qarşısına məqsəd qoyub.
$24.5 mlrd.-lıq şəxsi sərvəti olan Bankman-Fried qurduğu kriptovalyuta birjası FTX ilə dünyanın ən gənc milyarderləri arasında yer alıb. 30 yaşlı milyarder Rusiyanın Ukraynanı işğalı zamanı ukraynalı mülki şəxslərə etdiyi yardımlarla da diqqət çəkib.
Kriptovalyuta milyarderi müsahibəsində deyib ki, nəhəng sərvətinə baxmayaraq, o, hər il qazancının yalnız 1%-ni və ya təxminən $100 000-ı özü üçün saxlayır. Bankman-Fried deyir: "Pul xərcləyərək özünüzü daha xoşbəxt etmək üçün yollarınız tükənir. Mən yaxta sahibi olmaq istəmirəm".
Massaçusets Texnologiya İnstitutunun (MIT) məzunu olan kripto-milyarder 2012-ci ildə universitetdə oxuduğu ilk illərdə altruizm fəlsəfəsini öyrənib. Fəlsəfə insanların pul və vaxtlarından istifadə edərək ən yaxşı necə ola biləcəklərini müəyyən etmək üçün riyazi hesablamalardan istifadə edir.
Bankman-Fried müsahibəsində "vermək üçün qazanmaq" anlayışına toxunur. Bu düşüncə ilə universitetdən sonra üç il Wall Street-də işləyən milyarder sahibkar hər il maaşının 50%-ni heyvan haqlarının müdafiəsi üçün bağışlayırdı.
Kriptovalyuta milyarderi deyir ki, o günlərdə dostları ilə birlikdə yaşayıb, kresloda yatıb, video oyunlar oynayıb və ya Zoom-da konfranslarda iştirak edirdi. Bununla belə, milyarderin absurd görünən davranışı onun düzgün iş gördüyünü düşünməsinə mane olmayıb.
Fevral ayında Rusiya Ukraynanı işğal etdikdən sonra onun kriptovalyuta ticarət şirkəti FTX bütün ukraynalı istifadəçilərin hamısına nağd pul yardımı etdi. Bankmen-Fried öz sərvətindən Ukraynaya $250 min bağışlayıb.

Kriptovalyuta     Tarix: 13 iyul 2022

Oxşar xəbərlər

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib

Bitcoin bahalaşdı

Kriptovalyuta bazarında son qiymət göstəriciləri müəyyənləşib. xəbər verir ki, "Bitcoin"in qiyməti son 1 həftədə 1,28% azalaraq, son 24 saatda isə 4,17% artaraq 106 113 dollar təşkil edib. "Eterium"u

DTX bu dəfə əsl "akula"ları tutub – 35 milyon manat cərimə!  

Azərbaycanın təhdükəsizlik orqanları ölkə tarixində indiyədək ən böyük qanunsuz maliyyə əməliyyatının üstünü açıblar. Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin-QARŞISI ALINIR. biznes və maliyy

OKX kriptokartına girişi genişləndirir: Alış-verişi steyblkoinlərlə necə ödəmək olar

OKX ödəniş kartının coğrafiyasını genişləndirir: 22 iyuldan etibarən daha çox istifadəçi onu əldə edə biləcək. Kart onlayn alış-verişləri, abunəlikləri, xarici xidmətləri və gündəlik xərcləri steyblkoin balansından ödəməy

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT

"Bitcoin"in qiyməti son 8 ayın maksimum səviyyəsinə yüksəlib. xəbər verir ki, dünyanın əsas kriptovalyutası 3,7 faizdən çox artaraq 84 min 129 dolları keçib. "Bitcoin"in qiyməti cümə günündən bəri artı

Bitkoin bahalaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb. xəbər verir ki, "CoinMarketCap" platformasında Bitkoin son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne


iqtisadi xeberler investisiya avtomobil xeberleri dollar kursu 1000 manatla biznes