Kripto tələbi faiz dərəcələrini aşağı sala bilər

Kripto tələbi faiz dərəcələrini aşağı sala bilər"Dollarla bağlı sabit kriptovalyutalara (stablecoin) artan tələb ABŞ-dakı faiz dərəcələrinə aşağı təzyiq göstərə bilər".

Biznes.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Bankı (Fed) İdarə Heyətinin üzvü Stephen Miran bildirib. ABŞ Prezidenti Donald Tramp tərəfindən Federal Ehtiyatlar Sisteminə (Fed) təyin edilmiş keçmiş üzv Stiven Miran Nyu-Yorkda iqtisadçılar qarşısında çıxışı zamanı dollarla təmin olunan kriptovalyutaların (stablecoin) axınının "neytral" faiz dərəcəsini aşağı sala biləcəyini bildirib.

CNBC-nin məlumatına görə, Miran qeyd edib ki, bu hal baş verərsə, Fed iqtisadiyyatı təsadüfən ləngitməmək üçün uçot dərəcəsini azaltmaq məcburiyyətində qala bilər.

ABŞ Federal Ehtiyatlar Sisteminin (Fed) üzvü Stiven Miran stablecoin-lərin qlobal maliyyə bazarlarında təsirinin sürətlə artdığını və bunun mərkəzi banklar üçün böyük nəticələr doğura biləcəyini bildirib.

Miran deyib ki, "Stablecoin-lər mərkəzi bankçılar üçün trilyon dollarlıq ‘fil’ə çevrilə bilər. Bu kriptovalyutalar ABŞ-dan kənar investorların ABŞ xəzinə istiqrazlarına və digər dollar aktivlərinə tələbatını artıq artırır və bu tələbat böyüməyə davam edəcək".

Fed-in uçot faizini 0,4 bənd aşağı sala bilər

Əvvəlki araşdırmalara istinad edən Miran, stablecoin bazarının böyüməsinin Fed-in əsas faiz dərəcəsini 0,4 faiz bəndi aşağı sala biləcəyini irəli sürüb.
Fed-dəki qısa fəaliyyəti dövründə daha aqressiv faiz endirimlərini dəstəkləyən Miran, neytral faiz dərəcəsinin həmkarlarının proqnozlaşdırdığından xeyli aşağı olduğuna inandığını bildirib. O, son açıqlamaları ilə bu arqumenti rəqəmsal maliyyə müstəvisinə daşıyıb və əlavə edib ki, stablecoin-lərin yüksəlişi borclanma xərclərini struktur baxımdan uzun illər aşağı səviyyədə saxlaya bilər.

Miran: Stablecoin bazarının böyüməsi neytral faizi aşağı salacaq

ABŞ Federal Ehtiyatlar Sisteminin (Fed) üzvü Stiven Miran, dollarla təmin olunan stabil kriptovalyutaların (stablecoin) genişlənməsinin monetar siyasətə yeni istiqamət verə biləcəyini bildirib.

Daha yumşaq pul siyasəti üçün yeni əsas təqdim edən Miran çıxışında deyib:

"Stablecoin-lərin artımına dair hətta nisbətən mühafizəkar proqnozlar belə göstərir ki, iqtisadiyyatda borc verilə bilən vəsaitlərin təklifi xalis olaraq artacaq və bu da neytral faiz dərəcəsini aşağı salacaq. Sağlam iqtisadi inkişafı dəstəkləmək üçün uçot faizləri də buna uyğun olaraq daha aşağı olmalıdır".

Kriptovalyuta     Tarix: 10 noyabr 2025

Oxşar xəbərlər

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "Binance" şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib


iqtisadi xeberler biznes xeberleri en son xeberler 1000 manatla biznes bitcoin