Kriptobirjada "dalğalanma" davam edir - "Bitcoin" 76 min dollara kimi ucuzlaşıb

Kriptobirjada Kriptovalyuta bazarında son sutka ərzində əsas koinlər dəyər itirib.
"Bitcoin" 2025-ci ilin aprelindən bəri ilk dəfə 75 min dollardan aşağı düşdü - SON QİYMƏT
FED.az biznes və maliyyə xəbərləri portalı "CoinMarketCap" platformasına istinadən xəbər verir ki, "Bitcoin"in qiyməti son 24 saatda 2,64% azalaraq 76 427 ABŞ dollarına enib. Aktivin bazar kapitallaşması 1,53 trln ABŞ dolları, sutkalıq ticarət həcmi isə 67,7 mlrd. ABŞ dolları təşkil edib.
Ethereum isə sutka ərzində 2,18% ucuzlaşaraq 2 276 ABŞ dollarına düşüb. Aktivin bazar kapitallaşması 274,8 mlrd. ABŞ dolları, ticarət həcmi isə 46,9 mlrd. ABŞ dolları səviyyəsində olub.
Digər iri kriptovalyutalar üzrə də eniş müşahidə edilib. BNB-nin qiyməti 2,37% azalaraq 757 ABŞ dollarına, XRP isə 1,33% enərək 1,59 ABŞ dollarına düşüb. "Solana"nın qiymətində daha kəskin geriləmə qeydə alınıb – aktiv 5,71% ucuzlaşaraq 98 ABŞ dollarına enib.
Analitiklərin fikrincə, bazardakı enişə bir neçə əsas amil təsir göstərib. Belə ki, ABŞ dollarının qlobal bazarlarda möhkəmlənməsi, ABŞ-da pul-kredit siyasətinin daha uzun müddət sərt qalacağına dair gözləntilər, eləcə də Yaxın Şərq ətrafında artan geosiyasi gərginliklər investorların riskli aktivlərdən, o cümlədən kriptovalyutalardan çıxışını sürətləndirib. Bununla yanaşı, əvvəlki yüksəliş mərhələsində açılmış leverage mövqelərin bağlanması satış təzyiqini daha da artırıb.
Eyni zamanda, USDT və USDC kimi stabilkoinlərin qiymətlərinin demək olar dəyişməməsi bazardan kapital axınının tam xarakter almadığını, investorların əsasən gözləmə mövqeyi tutduğunu göstərir (APA).

Kriptovalyuta     Tarix: 04 fevral 2026

Oxşar xəbərlər

Amerikalı iş adamı süni intellektin köməyi ilə - 15 milyard dollar qazanıb

"Strategy" şirkətinin təsisçisi Maykl Seylor bildirib ki, süni intellektdən istifadə etməklə şirkətin "Bitcoin" alışları üçün təxminən 15 milyard dollar vəsait cəlb etmək mümkün olub. xəbər verir ki, b

"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya

İlk investisiyanızı 0% komissiya ilə etməyə hazırsınız? . xəbər verir ki, Unicapital investisiyaya başlamaq istəyənlər üçün qlobal bazarlara komissiyasız çıxış təqdim edir. Belə ki, Unicapital-a məxsus UTrader platformasınd

Visa və Mastercard-a rəqib gəlir – Kriptovalyutalar leqallaşır

Bir neçə gün əvvəl ABŞ-ın kriptovalyuta bazarında tarixi əhəmiyyəti olan hadiçə baş verib. ABŞ-ın Bank Nəzarəti İdarəsi - OCC avqustun 14-də World Liberty Trust Company üçün milli bank nizamnaməsini təsdiqləyib. FED,az bizne

AMB "Binance" şirkəti ilə kriptoaktivlərin tənzimlənməsi məsələlərini müzakirə edib

Azərbaycan Mərkəzi Bankının sədr müavini Vüsal Xəlilov "Binance" şirkətinin Mərkəzi və Şərqi Avropa, MDB və Afrika regionları üzrə regional rəhbəri Kirilo Xomyakovun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

Bitkoinə pul yatıranlardan 30 milyon dollar oğurlanıb

2026-cı ilin əvvəlindən etibarən kriptoinvestorlara edilən hücumlar nəticəsində onlardan 30 milyon dollara yaxın vəsait oğurlanıb. xəbər verir ki, bu barədə "Chainalysis" analitik şirkəti yazır. Məqalədə qeyd olunu

"Bitcoin" 66 min dolları ötüb - YENİ QİYMƏT

Son sutkada kriptovalyuta bazarında müsbət dinamika davam edib. xəbər verir ki, CoinMarketCap məlumatına əsasən, qlobal kriptovalyuta bazarının kapitallaşması son 24 saatda 0,83% artaraq 2,26 trilyon dollara yüksəlib. . Ə

Bitkoin ucuzlaşıb - SON QİYMƏT

Kriptovalyuta bazarında əsas aktivlərin qiymətlərində son sutka ərzində geriləmə müşahidə olunur. xəbər verir ki, "CoinMarketCap" platformasının məlumatına əsasən, "Bitcoin"in qiyməti son 24 saatda 2,51

ABŞ-da Demokratların seçkidə uğuru dünya bazarlarını silkələdi – Səhmlər, dollar ucuzlaşdı, qızıl bahalaşdı

ABŞ-da keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının Konqresin hər iki palatasına nəzarəti ələ keçirməyə yaxınlaşması qlobal maliyyə bazarlarında risk iştahasını azaldıb. Seçkilərin ilkin nəticələrinin Prezident Donal

"Bitcoin" 77 min dolları ötüb - SON QİYMƏT

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyəti bahalaşıb. xəbər verir ki, "CoinMarketCap" platformasında "Bitcoin" son 24 saatda 1,26% bahalaşaraq 77 327,45 ABŞ dollarına yüksəlib


iqtisadi xeberler biznes xeberleri en son xeberler 1000 manatla biznes bitcoin