Latviyada qəzaya uğrayan təyyarədə olanların kimliyi məlum oldu
İspaniyanın Xeres de la Frontera hava limanından havaya qalxan və Baltik dənizinə düşən şəxsi təyyarədə olanların kimliyi məlum olub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, təyyarənin göyərtəsində hava taksisi və tibbi təyyarələr şirkəti "Quick Air"in sahibi Karl-Peter Qrizmann olub.
"Diario de Sevilla" qəzetinin yazdığına görə, həyat yoldaşı və iki uşağı da onunla birlikdə təyyarədə olub.
Bildirilib ki, təyyarəni Qrizmann özü idarə edib. İş adamının İspaniyada evi olub və buna görə də onlar tez-tez yerli Xeres hava limanından "Quick Air"in yerləşdiyi Kölnə uçublar.
Hadisə nəticəsində iş adamı və ailəsi ölüb. Təyyarənin qəzaya uğramasının səbəbi hələ müəyyən edilməyib.
Xəbər verdiyimiz kimi, hadisə bir gün əvvəl, sentyabrın 4-də baş verib. "Cessna 551" tipli təyyarə İspaniyanın cənubundakı Xeres şəhərindən havaya qalxıb və uçuş zamanı Baltik dənizində radarlardan itib. Uçuşdan sonra pilotla yalnız bir dəfə əlaqə saxlanılıb. O, kabinədəki təzyiqlə bağlı problemdən danışıb. Təyyarə Latviyanın Ventspils şəhərinin şimal-qərbində qəzaya uğrayıb.
Qeyd edək ki, "Quick Air Jet Charter" 1992-ci ildə yaradılıb. Hal-hazırda şirkət Kölndə yerləşən on hava təcili yardımı parkına malikdir. Zavodların dizaynı və tikintisi üzrə ixtisaslaşmış beynəlxalq şirkət olan "Griesemann Group"un bir hissəsidir.
İqbal Rzayev,
KONKRET.az

Azərbaycanda 12 illik şirkətdən – 2,8 MİLYON MANAT GÖTÜRÜLÜR
ADB "Bank Respublika"ya dəstəyini davam etdirmək niyyətindədir
Mərkəzi Bank faiz dəhlizinin aşağı həddini endirdi, qalanlarını sabit saxladı
AZCON Holdinq-də – YENİ TƏYİNAT
AMB faiz dəhlizinin aşağı həddini niyə endirdi?
"Artıq pulunuzu gətirib məndə saxlasanız, daha az faiz alacaqsınız"
Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
1000 manatla hansı biznesi qurmaq olar?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Start-up nədir?