Lazadakı insidentdə iki nəfər SAXLANILDI
Qəbələnin Laza kəndi yaxınlığında insident baş verib.
KONKRET.az "qafqazinfo"ya istinadən xəbər verir ki, bir neçə gün əvvəl polis əməkdaşları Laza kəndində "Ural" markalı yük avtomobilinin Dəmiraparan çayının içi ilə dağın zirvəsinə doğru hərəkət etdiyini və yük yerində 20-25 nəfər daşıdığını aşkar ediblər. Dərhal yük maşını saxlanılıb.
Məlum olub ki, avtomobilin sənədləri qaydasında deyil, texniki təhlükəsizlik qaydalarına əməl olunmayıb. Həmçinin sürücü kabinəsində olan iki nəfər özlərini tur rəhbəri kimi təqdim edərək səs-küy salıb. Bu zaman insident baş verib və polis əməkdaşları onlara müqavimət göstərən şəxsləri saxlayaraq Qəbələ Rayon Polis Şöbəsinə aparıblar.
Buradakı araşdırma zamanı məlum olub ki, saxlanılan şəxslər Vüqar Kərimov və Elman Salmanov adlı vətəndaşlardır. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (Polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə inzibati protokol tərtib edilib və məhkəməyə göndərilib.
Məhkəmədə bildirilib ki, saxlanılan şəxslər Lazadan Mucuq şəlaləsinə turistləri hər birindən 20 manat müqabilində texniki tələblərə cavab verməyən "Ural" markalı yük maşının kuzasında şəlaləyə aparırmış.
Onlar bildiriblər ki, Mucuq şəlaləsinə qalxan yolu əl əməyi ilə açıblar və xeyli iş görüblər.
Məhkəmə saxlanılan şəxslərin hər ikisinə pul cəriməsi təyin edərək sərbəst buraxıb.
Qeyd edək ki, son günlərdə DYP əməkdaşları Laza kəndində yaşamayan şəxsləri kənd ərazisinə avtomobillə buraxmır. Bu məsələ ilə bağlı ərazidə dəfələrlə gərginlik yaranıb.

Bitkoin ucuzlaşıb - SON QİYMƏT
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
Expressbank sahibkarlara 100 000 AZN-dək mikro kredit təklif edir ®
BOKT İsmayıllıda filialını açır
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
Bank hesabdan xəbərsiz pul çıxara bilərmi? – Akseptsiz tutulmanın qaydaları - MÜSAHİBƏ
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Shopify-da necə satışa başlamaq olar?
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
SWIFT nədir?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
McDonalds haqqında maraqlı faktlar