Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı qaydaları müəyyənləşir
Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı qaydaları müəyyənləşir.
FED.az xəbər verir ki, bu, "Reklam haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamının sifarişçisi qismində "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında" qanunda nəzərdə tutulmuş hüquqi şəxs çıxış edir.
İdman mərc oyununda, lisenziya əsasında təşkil edilən kazino oyununda və ya lotereyada uduş qazanmış şəxsin yazılı razılığı olmadan, adı reklamda açıqlana bilməz.
Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamında aşağıdakılar qadağandır:
* yetkinlik yaşına çatmayanlara müraciət olunması;
* bu cür oyunlarda, lotereyalarda iştirakın cəmiyyətdə nüfuz qazanmaq vasitəsi olması fikrinin yaradılması;
* oyunlarda və lotereyalarda qazanc əldə edilməsinə zəmanət verilməsi, idman yarışlarında tərəflərdən birinin uduş ehtimalının artması ilə bağlı məlumatın təqdim olunması;
* oyunlarda və ya lotereyalarda iştirak etməyənlərin nüfuzdan salınması.
Lisenziya əsasında təşkil edilən kazino oyunlarının reklamı telekommunikasiya, nəqliyyat vasitələrində, mediada, açıq məkanda olan reklam daşıyıcılarında yerləşdirilə bilər. Lisenziya əsasında təşkil edilən kazino oyunlarının açıq məkanda reklamı uşaq və təhsil müəssisələrindən azı 100 metr kənarda olan reklam daşıyıcılarında yerləşdirilir.
Bu maddədə nəzərdə tutulan lotereyalar, idman mərc oyunları və lisenziya əsasında təşkil edilən kazino oyunları istisna olmaqla, qumar oyunlarının, belə oyunların təşkilatçısının (operatorunun) və ya satıcısının, həmçinin "Bədən tərbiyəsi və idman haqqında" və "Lotereyalar haqqında" Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunlarının və lotereyaların reklamına yol verilmir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab