Lufthansa Qrupu açıqlama verdi - 4 min nəfər işdən çıxarılır

Lufthansa Qrupu açıqlama verdi - 4 min nəfər işdən çıxarılırLufthansa Qrupu yeni strateji planını və orta müddətli maliyyə hədəflərini açıqlayıb. Alman şirkəti rəqəmsallaşma, avtomatlaşdırma və daha səmərəli proseslər nəticəsində 2030-cu ilə qədər inzibati işlərdə 4 min nəfəri ixtisar etməyi planlaşdırır.

Biznes.az xəbər verir ki, orta müddətli maliyyə hədəflərini də artıran şirkət, 2028-ci ildən etibarən faiz, amortizasiya və vergi öncəsi mənfəət (FAVÖK) üzrə 8–10% aralığında nəticə əldə etməyi qarşısına məqsəd qoyur. Şirkət əvvəllər isə 8%-i hədəfləmişdi.

Düzəldilmiş sərbəst pul axınının isə illik 2,5 milyard avronu aşacağı proqnozlaşdırılır. Lufthansa Qrupu mümkün böhranlara qarşı qorunmaq üçün minimum 8–10 milyard avroluq likvidlik səviyyəsini saxlamağı planlaşdırır.

Lufthansa, Avropa və ABŞ təyyarə istehsalçıları Airbus və Boeing-dəki təhvil gecikmələri səbəbindən uçuş mövcudluğu məhdud olsa da, sərnişin tələbinin yüksək qalması nəticəsində gələcək illərdə orta gəlirlərin artacağını proqnozlaşdırır.

Lufthansa, xüsusi sərnişin proqramı Miles&More-dan daha çox faydalanmağı və 2030-cu ilə qədər aktiv üzvlərin sayını 50% artırmağı hədəfləyir.

Təxminən 103 min əməkdaşı ilə Avropanın ən böyük hava yolu şirkəti olan Lufthansa-nın rəhbərliyi bugünkü qərarı belə şərh edib:

"2025-ci il və sonrakı illər Lufthansa Qrupu üçün mühüm investisiyalar və genişmiqyaslı dəyişikliklərlə dolu olacaq".

Genişmiqyaslı donanma yenilənməsi və Lufthansa Hava Yollarındakı transformasiya kimi gələcəyə yönəlmiş proqramlar, Lufthansa Qrupunu uzunmüddətli perspektivdə gücləndirməyi və daha gəlirli hala gətirməyi hədəfləyir.

Lufthansa Qrupu, yeni məqsədlərinə çatmaq üçün müxtəlif hava yolları arasındakı əməkdaşlığı daha sıx inteqrasiya etməyi planlaşdırır.
Müdafiə sektorunda böyüməyi hədəfləyən logistika və texniki xidmət bölməsi də gücləndiriləcək.

Lufthansa Qrupu 2030-cu ilə qədər 230-dan çox yeni təyyarə təhvil alacağını gözləyir. Bunlardan 100-ü uzaq məsafəli uçuşlar üçün nəzərdə tutulub. Yeni təyyarələr daha az yanacaq sərf etdikləri üçün daha aşağı əməliyyat xərcləri təmin edəcək.

Qeyd edək ki, Müstəqil Kabin Ekipajı Təşkilatı (UFO) ittifaqı, Alman pilotlar ittifaqı Vereinigung Cockpit (VC) və Birləşmiş Xidmət Sektoru Birliyi (Ver.di) ilə kollektiv müqavilələrdə xərclərin azaldılması ilə bağlı danışıqlar nəticəsiz qalıb.

VC, Lufthansa-nın ana şirkəti və yük törəməsi olan Lufthansa Cargo-dakı üzvlərini pensiya ödənişlərini artırmaq üçün tətil etməyə çağırıb. Səsvermə sabah keçiriləcək.

Xəbərlər     Tarix: 29 sentyabr 2025

Oxşar xəbərlər

Qaz ödənişləri ilə bağlı YENİLİK

İstifadə olunan təbii qazın ödənişi ilə bağlı yeni qayda tətbiq ediləcək. xəbər verir ki, abonentlər qaz sərfiyyatının dəyərini artıq POS-terminallar vasitəsilə də ödəyə biləcəklər. Beləliklə, istifadə edilmiş qazın haqq

Bəzi hallarda saytlara giriş MƏHDUDLAŞDIRILACAQ - Qanun DƏYİŞDİ

Azərbaycanda bəzi informasiyaların yerləşdirilməsinə görə saytlara məhdudlaşdırma tətbiq ediləcək. xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Cinayət, Cinayət-Prosessual Məcəllələrinə və "İnformasiya, informasiyalaşdırm

Məktəblərdə davamiyyətə nəzarətlə bağlı süni intellektdən istifadə ediləcək

Təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edilib. xəbər verir ki, Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılmas

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Yaponiya 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib

Yaponiyada Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi kabinet 21,3 trilyon yenlik iqtisadi stimullaşdırma paketini təsdiqləyib. xəbər verir ki, bu, genişlənən maliyyə siyasəti həyata keçirəcəyinə söz verən yeni liderin il

Almaniyanın avtomobil sektorunda məşğulluq ən aşağı səviyyəyə düşüb

Almaniyanın avtomobil sektorunda məşğulluq sentyabr ayında 721.400 nəfərə düşüb. xəbər verir ki, bu barədə Almaniya Federal Statistika İdarəsi bildirib. Bu 2011-ci ilin ortalarından bəri ən aşağı səviyyədir. Hissə istehsalçıların

Azərbaycan qızıl istehsalını yüksəldib

Azərbaycan 2025-ci ilin ilk 10 ayında qızıl istehsalı həcmini 2 593 kiloqrama yüksəldib. xəbər verir ki, bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. İstehsal edilmiş qızıl öncəki ili 20 faiz üstələyib. Qeyd edə

Taleh Kazımov: Kredit faizləri istədiyimiz qədər azalmır - SƏBƏBİ AÇIQLANDI

Azərbaycanda kredit faizlərinin Mərkəzi Bankın arzuladığı səviyyədə aşağı düşməməsinin əsas səbəblərindən biri bank sektorunda rəqabətin zəif olmasıdır. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımo


iqtisadi xeberler bitcoin dollar manat kursu valyuta mezennesi biznes ideyalari