"Made in Azerbaijan" təşviq mexanizmlərindən ötən il 88 şirkət yararlanıb
2024-cü il ərzində Azərbaycan ixrac və investisiya imkanlarının təşviqi, yerli şirkətlərin biznes əlaqələrinin daha da genişləndirilməsi, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun təbliğ edilməsi məqsədilə ümumilikdə 59 tədbir (39-u Azərbaycanda, 20-si xaricdə) təşkil edib, habelə 28 beynəlxalq tədbirdə iştirak edib.
Bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, təşkil olunmuş və iştirak edilmiş tədbirlər çərçivəsində Azərbaycanın investisiya imkanları barədə potensial investorların məlumatlandırılması, qeyri-neft ixracının stimullaşdırılması, ixrac potensiallı yerli məhsullar barədə xarici tərəfdaşlarla əlaqələr qurulması istiqamətində təqdimatlar edilib, ikitərəfli və çoxtərəfli əsasda görüşlər keçirilib. Ümumilikdə hesabat ilində beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsi məqsədilə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) müvafiq tədbirlər çərçivəsində 13 anlaşma memorandumu imzalayıb.
Bundan başqa, "Made in Azerbaijan" brendinin təşviqi mexanizmləri üzrə beynəlxalq sərgi və yarmarkalarda təşkil edilən 10 vahid ölkə stendində iştirakdan 136 müraciət əsasında 68 şirkət yararlanıb, 32 sərgidə fərdi qaydada iştirak baş tutub (mexanizmdən istifadə edən şirkətlərin sayı 22), 7 bazar araşdırması aparılıb, 9 şirkətin yararlandığı 1 alıcı missiyası həyata keçirilib. Ümumilikdə 88 şirkət "Made in Azerbaijan" təşviq mexanizmlərindən 164 dəfə istifadə edib.
"Made in Azerbaijan" təşviq mexanizmi vasitəsilə vahid ölkə stendi ilə ən çox "Gulfood" və "Prodexpo" sərgilərində iştirak baş tutub. 2019-2024-cü illərdə sərgilərdə iştirak nəticəsində çəkilən xərclərlə müqayisədə 6,2 dəfə çox ixrac dəyəri qeydə alınıb. Sərgilərə cəmi 3,6 milyon ABŞ dolları məbləğində vəsait xərclənilib, 22,3 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. 2024-cü ildə isə sərgilərə 634 min ABŞ dolları məbləğində vəsait xərclənilib, 7,2 milyon ABŞ dolları dəyərində məhsul ixrac olunub. / marja.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Mərkəzi Bank lombardlarla bağlı yeni qanunun gələn il qəbul ediləcəyini gözləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Biznes qurmaq istəyənlərə 10 məsləhət
CV hazırlayarkən buraxılan 5 səhv
Ev şəraitində pul qazanmağın yolları
Dünyanın TOP-3 biznes universiteti hansılardı?
Yatırım olmadan necə biznes qurmaq olar?