Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar verib

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib, nazir müvafiq tapşırıqlar veribAzərbaycan Respublikası Maliyyə Nazirliyində keçirilən növbəti kollegiya iclasında 2026-cı il dövlət və icmal büdcə layihələri və sonrakı üç il üzrə icmal büdcə göstəriciləri, Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi və Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr, eləcə də cari məsələlər müzakirə olunub.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Marja.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin struktur bölmələri və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, Nazirliyin növbəti Kollegiya iclası əlamətdar tarixdə – Dövlət Suverenliyi Günü ərəfəsində keçirilir. Nazir bu günün tarixi əhəmiyyətindən danışaraq qeyd edib ki, Prezident İlham Əliyevin siyasi iradəsi, uzaqgörən strategiyası və qətiyyətli mübarizəsi sayəsində Azərbaycan dövlətçiliyi möhkəmlənib, ölkəmizin ərazi bütövlüyü və dövlət suverenliyi tam təmin olunub.
Kollegiyanın sədri qeyd edib ki, 2026-cı il dövlət və icmal büdcə göstəriciləri dövlətin funksiyalarının səmərəli həyata keçirilməsini təmin etməklə, Prezident İlham Əliyevin müəyyən etdiyi strateji prioritet və inkişaf istiqamətlərinə uyğun olaraq həyata keçiriləcək tədbir və layihələr üçün maliyyə təminatı yaradacaq.
2026-cı il üzrə əsas xərc istiqamətlərindən bəhs edən nazir ölkənin müdafiə qabiliyyətinin, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, sahibkarlığın dəstəklənməsi, ərzaq təhlükəsizliyi, investisiya layihələrinin həyata keçirilməsi, publik hüquqi şəxslərin dövlət sifarişi ilə gördüyü iş və göstərdiyi xidmətlər, dövlət borcuna xidmətlə bağlı xərclər, həmçinin dövlətin funksiya və vəzifələrinə aid olan digər zəruri xərclərin təmin olunacağını vurğulayıb.
Kollegiya iclasında 2026-cı il üzrə dövlət və icmal büdcələrin proqnozlaşdırılan parametrləri barədə də məlumat verilib. Qeyd olunub ki, icmal büdcənin gəlirləri 44,8 milyard manat, xərcləri 48,7 milyard manat proqnozlaşdırılır. Gələn il üçün dövlət büdcəsinin isə gəlirləri 38,4 milyard manat,  xərcləri 41,5 milyard manat səviyyəsində proqnozlaşdırılır. Gəlirlərin 57,4 faizi qeyri-neft sektorunun payına düşür və bu da əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. 2026-cı ildə dövlət büdcəsinin cari xərcləri ümumi xərclərin 59,6 faizini, əsaslı xərclər 34,5 faizini, dövlət borcuna xidmətlə bağlı xərclər isə 5,9 faizini təşkil edəcək. Büdcə kəsiri ÜDM-in 2,3 faizi həcmində müəyyən edilib ki, bu da əsasən daxili və xarici borclanma, özəlləşdirmədən daxilolmalar, həmçinin xəzinə qalığı hesabına maliyyələşdiriləcəkdir. Büdcə qaydası çərçivəsində qeyri-neft baza kəsirinin tədricən azaldılması və fiskal dayanıqlığın gücləndirilməsi qarşıya məqsəd kimi qoyulub.
Nazir büdcə sənədlərinin məzmununun və dərc edilmə müddətinin beynəlxalq standartlara uyğunlaşdırılması, hesabatlılığı təmin edən elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası, büdcə vəsaitlərinin uçotunun təkmilləşdirilməsi, büdcə prosesinin müxtəlif mərhələlərinin avtomatlaşdırılması ilə bağlı başlanmış işlərin qısa müddətdə başa çatdırılması ilə bağlı müvafiq struktur bölmələrə tapşırıqlar verib. O, bu tapşırıqların icrasının büdcə prosesinin müasir standartlar əsasında təkmilləşdirilməsinə, ictimaiyyətin və vətəndaş cəmiyyəti institutlarının iştirak imkanlarının genişləndirilməsinə, həmçinin dövlət maliyyəsinin idarə edilməsində səmərəlilik, operativlik və ədalətlilik prinsiplərinin qorunmasına xidmət edəcəyini vurğulayıb.
İclasda Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi tərəfindən görülmüş işlər və qarşıda duran vəzifələr üzrə məruzə dinlənilib. Qeyd olunub ki, 2022-2025-ci illər üzrə yenilənmiş Borc Strategiyasına əsasən, ümumi dövlət borcunun ÜDM-ə nisbəti 30 faizdən aşağı saxlanıb, xarici borc tədricən azaldılıb və faiz dərəcəsi riski məqbul səviyyədə qorunub. 01 iyul 2025-ci il tarixinə dövlət borcu 25,7 milyard manat təşkil edib ki, bunun 33,2 faizi xarici, 66,8 faizi daxili borcdur.
Məlumat verilib ki, funksional fəaliyyətinə uyğun olaraq Agentlik tərəfindən dövlət borcalması həyata keçirilir, borc üzrə uçot və hesabatlılıq təmin edilir, təhlillər aparılır. Eyni zamanda, ölkənin suveren kredit reytinqinin qiymətləndirilməsi üçün beynəlxalq reytinq agentlikləri ilə əməkdaşlıq və digər aidiyyəti dövlət orqanları ilə koordinasiyalı şəkildə işlər aparılır.
Kollegiyanın sədri dövlət borcunun idarə olunması sahəsində beynəlxalq təcrübənin tətbiqinin genişləndirilməsi, "Azərbaycan Respublikasında 2026-2030-cu illər üzrə dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya" sənədinin layihəsinin hazırlanması ilə bağlı müvafiq tapşırıqlar verib.
İclasda Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən aparılan nəzarət tədbirlərindən də bəhs olunub. Qeyd olunub ki, cari ilin ilk 8 ayı ərzində Azərbaycan Respublikası Baş Prokurorluğunun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 nəzarət obyektində aparılan nəzarət tədbirləri ilə 166,9 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib. Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib. 
Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.
S.Babayev Nazirlik sistemində tətbiq olunan informasiya sistemlərindən əldə olunan məlumatlar əsasında risk əsaslı yanaşma və təhlil metodlarının tətbiqi ilə nəzarət tədbirlərinin aparılmasının vacibliyini bildirib. Nazir həmçinin, yoxlama tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması, dövlət büdcəsinə dəymiş ziyanın bərpasının izlənməsi mexanizminin yaradılması, həmçinin Xidmətin kadr potensialının gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Azərbaycan Respublikası Prezidentinin "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə müəyyən edilmiş tapşırıqların icrası ilə bağlı görülən işlərdən danışan nazir qeyd edib ki, Fərman dövlət maliyyəsinin idarə edilməsində innovativ yanaşmaların tətbiqini, rəqəmsallaşmanın genişləndirilməsini, maliyyə intizamının möhkəmləndirilməsini və dövlət vəsaitlərindən səmərəli istifadəni təmin edəcək.
Maliyyə naziri Kollegiya iclasında qəbul olunmuş qərarların tam, vaxtında və keyfiyyətlə icra olunmasına dair müvafiq tapşırıqlar verib.

Maliyyə     Tarix: 20 sentyabr 2025

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Azərbaycanın tədiyyə balansında 323 milyon dollarlıq kəsir

2026-cı ilin 1-ci rübü üzrə tədiyə balansı qlobal əmtəə, xidmət və maliyyə bazarlarındakı qiymət və indekslərin yüksək dəyişkənliyindən təsirlənmişdir. Bu dövrdə cari əməliyyatlar balansında 1.7 mlrd. dollar həcmində profisi

Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq

Nazirlər Kabineti "İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması, ƏDV-nin ödəyicis

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Xarici ticarətdə 11 milyard manatdan çox müsbət saldo yaranıb

Dövlət Statistika Komitəsi "Xarici ticarət əlaqələri haqqında" başlığı ilə məlumatlar açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanı

Azərbaycanla Kamboca arasında investorlar üçün vergi maneəsi aradan qalxır

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş layihəsi üzrə danışıqların ikinc

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə 15–21 iyun 2026 həftəsində valyuta və əmtəə bazarlarında əsas hərəkətveric

Azərbaycanın qeyri-neft ixracı 8 ayda 2,8 milyard dolları keçib – 17,6% ARTIM

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) "İxrac icmalı"nın 2026-cı ilin sentyabr sayına dair ilkin göstəriciləri təqdim edib. İcmala əsasən, 2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanı

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya


iqtisadi xeberler kicik biznes dollar mezenne dollar məzənnəsi valyuta kurslari