Mariya Zaxarova erməni jurnalistin sözünü kəsdi, biabır etdi - VİDEO

Mariya Zaxarova erməni jurnalistin sözünü kəsdi, biabır etdi - VİDEORusiyanın Xarici İşlər Nazirliyinin sözcüsü Mariya Zaxarova brifinq zamanı erməni jurnalistı biabır edib.
azxeber.com xəbər verir ki, bu gün baş tutan brifinq zamanı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan İctimai Televiziyasının müxbiri Mari Yeqoryanın təxribat xarakterli hərəkətlərinə sərt reaksiya verib.
Erməni jurnalist Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsinə suallar verməzdən əvvəl Azərbaycanı "təcavüz"də ittiham etməyə başlayıb və İrəvanın kömək üçün Moskvaya üz tutduğunu bildirərək, Rusiya Federasiyasının bu məsələdə necə davrandığını soruşub. 
Mariya Zaxarova erməni jurnalistin bu təxribatçı davranışına sərt reaksiya verib."Diqqətinizə çatdırmaq istərdim ki, bu, jurnalistlərin deyil, Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsinin brifinqidir. Ona görə də xahiş edirəm sual verin və ortaya mövqe qoymayın".
Sonra Yeqoryan Azərbaycan Silahlı Qüvvələrinin guya Rusiya Federasiyası FTX-nin sərhəd qoşunlarının həmin məntəqəni və avtomobil texnikasını atəşə tutması barədə danışmağa başlayanda, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi onun sözünü kəsib və sərt reaksiya verib.
"Yəqin ki, mən nəyisə düzgün deyə bilmədim. Sizdən xahiş etdim ki, fikirlərinizi yox, sualınızı verin. Ümid edirəm ki, xahişimi eşidəcəksiniz ki, daha sizi düzəltmək məcburiyyətində qalmayacağam və mən bunu etmək istəmirəm. Zəhmət olmasa, sual verin. İstəyirsinizsə, sizə vaxt verim, sualına düzəliş edəsiniz".

Xəbərlər     Tarix: 15 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler kicik biznes depozit faizleri biznes ideyalari emlak xeberleri