Maşından 30 000 manat oğurluq edildi
Bakıda avtomobildən 30 min manat oğurlanıb.
Bu barədə azxeber.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsinə rayon ərazisində "Volkswagen" markalı bir avtomobildən 30 000 manat pulun oğurlanması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Xəyal Mustafayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
7 ayda 29.5 milyard kubmetr qaz hasil edilib
2024-cü ilin yanvar-iyul ayları üzrə operativ məlumatlara əsasən, 7 ay ərzində ölkədə təxminən 16.9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Respublika üzrə neft hasilatının 9,7 milyon tonu "Azəri-Çıraq-Günəşli"nin
Azərbaycanda LPG istehsalı azalmaqdadır
Azərbaycanda yanacaq kimi istifadə edilən, təzyiq altında maye halında saxlanılan propan və butanın (LPG) istehsal həcmi azalıb. xəbər verir ki, 2024-cü ilin ilk yarısında 90.9 min tonluq "balon qaz" kimi tanına
"Bakı Kart"ın direktoru dəyişdi – TƏYİNAT
Paytaxtın ictimai nəqliyyatında istifadə olunan "Bakı Kart"ın operatoru – "K Group" MMC-nin rəhbəri dəyişib. xəbər verir ki, şirkətə Allahverdiyev Məmməd Ənvər oğlu direktor təyin edilib. O bu vəzifəd