"MasterCard" ikinci rübdə Rusiyada $26 mln. itirib
Ödəniş operatoru olan "MasterCard" ilin ikinci rübü üçün maliyyə hesabatlarını açıqlayıb və bundan belə nəticəyə gəlmək olar ki, şirkət Rusiyada fəaliyyətini dayandırdığı üçün üç ay ərzində 26 milyon dollar itirib.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Şirkət Rusiyanın Ukraynada müharibəyə başlamasına cavab olaraq mart ayında fəaliyyətini dayandırdığını elan edib. O vaxtdan bəri "MasterCard" Rusiyada təxminən 30 milyon dollar itirib. İlin sonuna bu məbləğ 37 milyon dollara qədər yüksələ bilər.
Buna baxmayaraq, Rusiya bazarının itirilməsi şirkətin özünə praktiki olaraq təsir etməyib. Belə ki, "MasterCard"ın rüblük gəliri keçən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 5.5 milyon dollara yüksəlib. Şirkətin xalis mənfəəti rübdə 10% artaraq 2.27 milyard dollara çatıb.
Visa kimi, MasterCard da beynəlxalq turizmin bərpasından və transsərhəd ödənişlərin müvafiq artımından faydalanır. Onların həcmi ötən illə müqayisədə 58% artıb.

ATİB heyəti Türkiyə səfiri ilə aqrar sahədə əməkdaşlığı müzakirə edib – FOTOLAR
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul edib - FOTOLAR
KASKO-da yığımlar cəmi 1,6% artıb, ödənişlər 26% yüksəlib
İstehsalat qəzaları üzrə icbari sığorta yığımları 25 milyon manat azalıb
BƏƏ Mərkəzi Bankı "Bank Melli İran"ın filiallarına qarşı tədbir görüb
Ziraat Bank Azərbaycan yeni premium kartını təqdim etdi ®
"Unicapital"dan investisiyaya başlayanlar üçün kampaniya : Səhm və kriptovalyutalara 0% komissiya
Yük sığortası üzrə ödənişlər 53% artıb
Azərbaycan banklarının xalis mənfəəti 1 milyard manata yaxınlaşdı – 8 ayda 23%-lik artım
Hər 100 manat yığıma 80 manat ödəniş – İcbari avtosığortada diqqətçəkən rəqəm
Bitcoin necə işləyir?
Biznes təlimlər və tədris üsulları
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Kriptovalyuta nədir və necə alınır?
Evdə biznes qurmağın yolları