"McDonald"s Azərbaycan" Qarabağ Universitetinin tələbələrinə - TƏQAÜD AYIRACAQ
2 iyun 2025-ci tarixində Xankəndi şəhərində keçirilən Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu çərçivəsində "McDonald"s Azərbaycan" ilə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tabeliyində Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
FED.az xəbər verir ki, memorandum "McDonald"s Azərbaycan" şirkətinin Baş Direktoru Oskar Boqopolskiy və Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov arasında imzalanıb. Sənəd Qarabağ Universitetinin tələbələri üçün xüsusi təqaüd proqramının dəstəklənməsini nəzərdə tutur.
2025–2026-cı tədris ili ərzində "McDonald"s Azərbaycan"ın dəstəyi ilə Qarabağ Universitetinin 25 tələbəsinə təqaüd veriləcək. Təqaüdlərin ümumi məbləği bir tədris ili üçün 50 000 manat təşkil edir. Tələbələrin siyahısı universitet tərəfindən tərtib olunaraq Təhsilin İnkişafı Fonduna təqdim ediləcək.
İmzalanmış memorandumun əsas bəndlərindən biri "TələbəPlus" layihəsi çərçivəsində ali təhsil müəssisələrinin tələbələri üçün "McDonald"s" restoranlarında xüsusi endirimin tətbiq edilməsidir.
Bu təşəbbüs "McDonald"s Azərbaycan"ın təhsil sahəsində sosial layihələrin dəstəklənməsinə və gələcək nəsillərin inkişafına göstərdiyi səyi əks etdirir. Şirkət təhsil və tələbələrin rifahına yatırımları korporativ sosial məsuliyyət strategiyasının ayrılmaz hissəsi kimi qiymətləndirir.
Qeyd edək ki, Qarabağ Təhsil və Tərəfdaşlıq Forumunda Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov, Qarabağın Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov, Qarabağ Universitetinin rektoru Şahin Bayramov, dövlət qurumlarının, özəl sektorun nümayəndələri və universitetin professor-müəllim heyəti iştirak edib.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Biznes təlimlər və tədris üsulları
Ev şəraitində pul qazanmağın yolları
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Hazır bizneslərdə ən çox edilən 5 səhv
Dünyada ən çox oxunan 5 kitab