Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinəAzərbaycan Respublikasının Auditorlar Palatası nəzərinizə çatdırır ki, qanunvericiliyin və müvafiq nizamnamə tələblərinə uyğun olaraq aşağıda göstərilən məcburi audit subyektləri hər il maliyyə hesabatlarının düzgünlüyünü yoxlatdırmaq üçün müstəqil (kənar) auditor cəlb etməlidirlər:
Sıra №si
Məcburi audit subyektləri
Məcburi auditdən keçmənin qanunvericilikdə
təsbiti və əsası
1.
İctimai əhəmiyyətli qurumlar
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 
716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.
2.
Məhdud məsuliyyətli cəmiyyətlər
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
91.4-cü maddəsində nəzərdə tutulan şərtlərlə
 1999-cu il 28 dekabr tarixli 779-IQ
3.
Səhmdar cəmiyyətləri
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin
107.6-cı maddələrində nəzərdə tutulan şərtlərlə
1999-cu il 28 dekabr tarixli 779-IQ
4.
Banklar və digər kredit təşkilatları
"Banklar haqqında" Azərbaycan Respublikasının 2004-cü il 16 yanvar tarixli 590-IIQ saylı Qanununun 8, 9, 44, 45, 46-cı və s. maddələrinə əsasən.
5.
Sığorta təşkilatları və cəmiyyətləri
"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının 2007-ci il 25 dekabr tarixli 519-IIIQ saylı Qanununun 74-cü maddəsinə əsasən
6.
İnvestisiya fondları
"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının 2010-cu il 22 oktyabr tarixli
1101-IIIQ saylı Qanununun 26-cı və 48-ci maddələrinə əsasən.
7.
Maliyyə-sənaye qrupları
"Maliyyə-sənaye qrupları haqqında" Azərbaycan Respublikasının 1996-cı il 23 aprel tarixli 69-IQ №-li Qanununun 16-cı və 17-ci maddələrinə əsasən.
8.
Birləşdirilmiş (konsolidə edilmiş və icmal) hesabatlar təqdim edən hüquqi şəxslər (holdinqlər)
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli
716-IIQ saylı Qanununun 12.3-cü maddəsində nəzərdə tutulan şərtlərlə.
9.
Dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 12.2-ci maddəsinə əsasən
10.
Publik hüquqi şəxslər
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 
716-IIQ saylı Qanununun 12-ci maddəsinə əsasən.
Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 06 iyul tarixli 173 nömrəli fərmanı ilə təsdiq edilmiş Publik hüquqi şəxslərin Nümunəvi Nizamnaməsinin 7.4-cü maddəsinə  əsasən.
11.
Siyasi Partiyalar
"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının 2004-cü il 29 iyun tarixli 716-IIQ saylı Qanununun 14.6-cı maddəsinə əsasən.
12.
Kənd təsərrüfatı kooperativləri
"Kənd təsərrüfatı kooperasiyası haqqında" Azərbaycan Respublikasının 2016-cı il 14 iyun tarixli № 270-VQ saylı Qanunun 5.4-cü
maddəsinə əsasən.
13.
Bələdiyyələr
"Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli № 772-IQ saylı Qanunun 13-cü maddəsinə əsasən.
14.
İnvestisiya şirkətləri, fond birjaları, klirinq təşkilatları və investisiya fondları
"Qiymətli kağızlar bazarı haqqında" Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli № 1284-IVQ saylı Qanunun 61-ci maddəsinə əsasən.
15.
Nizamnamələrində (Əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlar
Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərman, Sərəncamlarına və digər sənədlərə əsasən.
 
İzahedici qeydlər:
-       Qanunvericiliyin tələblərinə görə öz maliyyə hesabatlarını dərc etdirməli olan iqtisadi subyektlər, qanunvericilik aktları ilə bilavasitə nəzərdə tutulmuş hallarda və nizamnamələrində (əsasnamələrində) auditdən keçmələri ehtiva olunan qurumlarda həyata keçirilməli olan, habelə Səlahiyyətli Dövlət Orqanları tərəfindən aparılan audit məcburi, digər hallarda isə könüllüdür.
-       Yuxarıdakı siyahıda qeyd olunan məcburi audit subyektlərindən başqa digər iqtisadi subyektlər də öz təşəbbüsləri ilə maliyyə hesabatlarının düzgünlüyünü təsdiq etdirmək və digər auditor xidmətlərindən istifadə etmək üçün könüllü olaraq müstəqil (kənar) auditor cəlb edə bilər.
-       Auditi aparılan iqtisadi subyektin şəxsi əmlak mənafeyi, onun iqtisadi subyektinin rəhbərliyindən hər hansı şəxslə birbaşa qohumluq əlaqəsi, iqtisadi subyektin təsisçisi, mülkiyyətçisi və ya səhmdarı olduqda, həmin iqtisadi subyektdə bundan əvvəl öz peşə fəaliyyəti ilə bağlı xidmətlər göstərdikdə, auditorlara həmin iqtisadi subyektlərdə audit aparmaq qadağandır.
-       Yeni dövrün çağırışları nəzərə alınmaqla dayanıqlı inkişaf məqsədlərinə nail olmaq və yaşıl iqtisadiyyat naminə aparılan ölkə iqtisadiyyatının inkişafının müasir mərhələsində müstəqil (kənar) audit maliyyə şəffaflığının əsas təminatçısı kimi, maliyyə vəsaitlərindən səmərəli və təyinatı üzrə xərclənməsində, maliyyə və vergi intizamının möhkəmləndirilməsində, korrupsiyaya və əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə mühüm rola malik olmaqla yanaşı, auditorlar tərəfindən təqdim olunan auditor hesabatının (auditor rəyinin) iqtisadi subyektlərin maliyyə fəaliyyətində yol verilən nöqsan və çatışmazlıqların vaxtında aşkar edilməsində və aradan qaldırılmasında çox böyük əhəmiyyəti vardır;
-     İqtisadi subyektlər auditor seçimində müstəqildirlər. Auditor təşkilatları və sərbəst auditorlar barədə məlumatları Azərbaycan Respublikası Auditorlar Palatasının internet səhifəsindən əldə edə bilərsiniz:
-        (auditor təşkilatları)
-        (sərbəst auditorlar)
-     Auditorlar Palatası bu istiqamətdə Sizin hər bir sorğunuzu cavablandırmağa və zəruri dəstək göstərməyə hazırdır. / fed.az

Biznes     Tarix: 19 dekabr 2024

Oxşar xəbərlər

ATİB-in sədri Mürsəl Rüstəmov Sabancı Universitetinin nümayəndələrini qəbul edib

Oktyabrın 19-da Sabancı Universitetinin Rəhbər Kadrların İnkişafı Bölməsinin (EDU) Beynəlxalq Satış və Biznesin İnkişafi üzrə meneceri Özge Özkan və Beynəlxalq Proqramlar üzrə məsləhətçisi Gülin Kan Yükseltan Azərbaycan-Türkiy

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq

Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, o cümlədən reklam fəaliyyəti ilə məşğul olmaq haqqında məhdudiyyətlər nəzərdə tutulacaq. xəbər verir ki, bu barədə "Maraqlar toqquşması haqqında" yeni qanu

Milyarderin şirkəti 137 milyard dollar dəyərə çataraq Hindistanda 2-ci oldu

Hindistanlı milyarder Mukeş Ambaninin (Mukesh Ambani) nəzarətində olan "Jio Platforms" şirkətinin səhmləri fond birjasında uğurlu debüt edərək onu Hindistanın bazar kapitallaşmasına görə ikinci ən dəyərli şirkətin

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycanın "ONYX" şirkəti Koreya texnologiya bazarına birbaşa kanal açır – ŞİRKƏT "GLOBAL BUYER" STATUSU İLƏ TƏMSİL OLUNUB

Korporativ İT infrastrukturu üzrə ixtisaslaşan ONYX MMC Cənubi Koreyada keçirilən World Smart City Expo 2026-da Azərbaycanı "Global Buyer" statusunda təmsil edib və Koreya istehsalçıları ilə birbaşa tədarük danışıqların


iqtisadi xeberler investisiya pul qazanmaq dollar manat kursu bitkoin qiymeti