Məcburi dövlət sosial sığorta haqları üzrə 3 milyarda yaxın daxilolma
2023-cü ilin yanvar-iyul ayları ərzində muzdlu işçi sayının və əməkhaqqı fondunun "ağarması" şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 3 milyard manata yaxın olub.
Dövlət Vergi Xidmətinin yaydığı məlumatda bildirilir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,4 faiz və ya 375,6 milyon manat artıb. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar isə ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 1,9 milyard manat təşkil edib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.99%-dən
İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 15,6 faiz artaraq 105,2 milyon manatdan çox olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 15,8 faiz artıb və 76,6 milyon manat təşkil edib.
İcbari tibbi sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 16,9 faiz artaraq 536,2 milyon manat olub. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 19,5 faiz artıb və 372,3 milyon manat təşkil edib. / marja.az
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd