Mərkəzi Bank beynəlxalq təşkilata üzvlüklə bağlı müraciət edib
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Sisteminin Yaşıllaşdırılması üzrə Mərkəzi Banklar və Nəzarət Orqanlarının Şəbəkəsinə (NGFS) üzvlüklə bağlı müraciət edib.
Bu barədə AMB-nin məlumatında bildirilir.
Məlumata görə, müraciətdə əsas məqsəd beynəlxalq təcrübənin öyrənilməsi və təcrübə mübadiləsi aparmaqdır. Hazırda üzvlük prosesi ilə bağlı müzakirələr davam etdirilir.
Bundan başqa, ötən il AMB beynəlxalq təşəbbüslərdə iştirak edilməsi və dayanıqlı maliyyə üzrə əməkdaşlığın artırlması ilə bağlı Gürcüstan Mərkəzi Bankına təcrübə mübadiləsi təşkil edilib. Təcrübə proqramı çərçivəsində dayanıqlı maliyyənin tətbiqi üzrə milli koordinasiya platforması, taksonomiyanın hazırlanması, dayanıqlı maliyyə alətlərinin tətbiqi, habelə iqlim dəyişmələri və ESG risklərinin qiymətləndirilməsi üzrə Gürcüstan Mərkəzi Bankının təcrübəsi öyrənilib. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları