Mərkəzi Bank dələduzluq halları ilə mübarizədə mərkəzləşdirilmiş platforma təqdim edəcək
Azərbaycanda ehtimal olunan dələduzluq (fraud) hallarına qarşı mübarizədə mərkəzləşdirilmiş platforma təqdim ediləcək.
Bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müşaviri Akif Bağırov bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi"nin ikinci günündə çıxışı zamanı deyib.
O bildirib ki, AMB gələcəkdə fraud hallarına qarşı mübarizənj mərkəzləşdirilmiş bir platforma üzərindən etmək istəyir:
"Hazırda biz kollaborativ şəkildə müvafiq dövlət qurumları ilə də bu məsələni aktiv müzakirə edirik. Mərkəzi Bank tərəfindən bu istiqamətdə mərkəzləşdirilmiş platformanın təqdim olunması planlaşdırılır ki, fərqli bank və maliyyə institutlarında baş vermiş fraud halının mərkəzləşdirilmiş şəkildə məlumat mübadiləsi baş versin. Mərkəzləşdirilmiş platforma üzərindən məlumatlar xüsusi dövlət strukturlarına ötürüləcək ki, müvafiq administrativ tədbirlər görülsün".
"Bundan başqa, biz fraud tənzimləmə mexanizmi üzərindən çalışırıq. Burada əsas diqqət ona yönəlib ki, fraud hadisələrin baş vermə ehtimalı olan bazar iştirakçıların əvvəlcədən belə hadisələrə hazır olsunlar. Yəni kibertəhlükəsizlik üzrə tərtib etdiyimiz mexanizmin eynisini fraud üzrə də həyata keçirməyi planlaşdırırıq", – deyə AMB rəsmisi vurğulayıb. / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?