Mərkəzi Bank Naxçıvan İdarəsi üzrə proseslərin mərkəzləşdirilməsinə başlayıb
Azərbaycan Mərkəzi Bankı (AMB) Naxçıvan İdarəsi üzrə mərkəzləşdirilmiş idarəetmə prinsiplərinin tətbiqinə başlayıb.
Bu barədə AMB-dən bildirilib.
"Mərkəzi Bankın Naxçıvan MR idarəsinin ləğv edilməsi nəzərdə tutulmayıb. Tərəfimizdən aparılan fəaliyyət Mərkəzi Bankda, o cümlədən bütün ərazi idarələrində həyata keçirilən biznes proseslərin rəqəmsallaşdırılması ilə mərkəzləşdirilmiş idarəetmə prinsiplərinin tətbiq edilməsinə hədəflənib. Yəni, bir sıra daxili biznes prosesləri artıq Naxçıvan MR idarəsində müstəqil deyil, Mərkəzi Bankın mərkəzi sistemləri üzərindən aparılmağa başlayıb" – AMB-dən bildirilib. / banker.az

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Start-up nədir?
Ev şəraitində pul qazanmağın yolları
Fond birjası nədir?
IMEI kod nədir?
Evdə biznes qurmağın yolları