Mərkəzi Bankı gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi qaydasını təsdiqlədi
Azərbaycan Mərkəzi Bankı "Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası"nı təsdiqləyib.
Banker.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov qərarı imzalayıb.
Bu qayda "Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında" Azərbaycan Respublikası Qanununun 35-ci maddəsinə əsasən hazırlanmışdır və gücləndirilmiş müştəri autentifikasiyasının (GMA) tətbiqinin tələb edilmədiyi halları və ödəniş xidməti təchizatçılarının xidmətlərindən istifadə olunarkən tətbiq edilən GMA ilə bağlı tələbləri müəyyən edir.
Qaydaya görə, ödəniş xidməti təchizatçısının fəaliyyətinin bu Qaydadan irəli gələn tələblərə uyğunluğu daxili audit xidməti tərəfindən ən azı ildə 1 dəfə yoxlanılmalı və yoxlama üzrə hesabat hər il yanvarın 15-dən gec olmayaraq Mərkəzi Banka təqdim edilməlidir. Daxili auditin yoxlama üzrə hesabatı bu Qaydanın tələbləri üzrə qiymətləndirməni, habelə fırıldaqçılıq dərəcələrinin hesablanmasını və tələblərə uyğunluğu əks etdirməlidir.
12_2-"Gücləndirilmiş müştəri autentifikasiyasının tətbiqi Qaydası"nın təsdiq edilməsi barədə

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
İnstaqramda biznes qurmağın yolları
Yatırım olmadan necə biznes qurmaq olar?
IMEI kod nədir?
IBAN nədir?
Biznesə aid ən yaxşı 10 kitab