Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilib

Mərkəzi Bankın İdarə Heyətinin yanında Sahibkarlarla Əməkdaşlıq Şurasının iclası keçirilibAzərbaycanda sahibkarlarla maliyyə-bank sektoru arasında əməkdaşlığın gücləndirilməsi, biznesin maliyyə xidmətlərinə çıxışının daha da yaxşılaşdırılması yollarının tapılması məqsədilə yaradılan Sahibkarlarla Əməkdaşlıq Şurasının növbəti geniş iclası keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
İqtisadiyyatın şaxələnməsi proseslərinin orta və uzunmüddətli dövrdə ölkədə makroiqtisadi və maliyyə sabitliyinin dayanıqlığı aspektlərindən vacibliyi barədə məsələləri çıxışında önə çəkən Mərkəzi Bankın sədri Taleh Kazımov bildirdi ki, mövcud həssas məqamlar fonunda ölkədə maliyyə sabitliyi qorunur, kredit aktivliyinin bərpa olunması davam edir. Real sektorda iqtisadi aktivliyin resurs təminatında maliyyə institutlarının rolunun artırılması, xüsusən rayon və kənd yerlərində təsərrüfat subyektlərinin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması istiqamətində işlər aktivləşdirilir.
Sonra Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının, Azərbaycan Banklar Assosiasiyasının, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin və digər qurumların rəhbərləri, sahibkarlar çıxış edərək bildilər ki, sahibkarlarla maliyyə-bank sektoru arasında aktiv dialoq platforması olan Sahibkarlarla Əməkdaşlıq Şurasının faəliyyəti sahibkarlıq subyektlərinin maliyyə-bank xidmətlərinə çıxışının yaxşılaşmasına şərait yaratmaqla bütövlükdə istehsal və xidmət sahələrinin inkişafına, qeyri-neft sektorunda iqtisadi artımın daha da sürətlənməsinə töhfəsini verməkdədir.
Ölkədə real sektorun kreditləşməsinin aktivləşdirilməsi, xüsusən rayon və kənd yerlərində fermerlərin maliyyə xidmətlərinə çıxış imkanlarının yaxşılaşdırılması, regionların maliyyə inklüzivliyinin gücləndirilməsi, güzəştli kreditlərin artırılması və daha çox kiçik və orta sahibkarlığın inkişafına yönəldilməsi, sahibkarlar üçün maliyyə-bank xidmətlərinin rahatlaşdırılması, şərtlərin sadələşdirilməsi, müvafiq qanun layihələrinin hazırlanmasında sahibkarlarla müzakirələrin aparılması, onların fkir və təkliflərinin nəzərə alınması və digər məsələlər önə çəkildi. Bunlarla yanaşı qlobal və milli iqtisadiyyatda baş verən proseslər, onların təsirləri ilə bağlı Mərkəzi Bank tərəfindən aparılan təhlillər və tədqiqat nəticələri barədə sahibkarların məlumatlandırılmasının vacibliyi də qeyd olunub
Görüşdə daha sonra sahibkarlar və banklar üçün aktual mövzular ətrafında geniş müzakirələr aparıldı.
T.Kazımov müzakirələrin nəticələrini ümumiləşdirərək iclasın çox faydalı olduğunu qeyd etdi və səslənən təklifləri dəstəklədiyini diqqətə çatdırdı. Bildirdi ki, burada qaldırılan məsələlər və səsləndirilən təkliflər hərtərəfli öyrəniləcək, həmin istiqamətlər üzrə birgə iş aparılacaqdır.
Görüşə yekun vurularaq əminliyini bildirdi ki, ölkədə həyata keçirilən yeni nəsil sosial-iqtisadi və institusional islahatlar cəmiyyətin bütün üzvlərinin, xüsusən biznes mənsublarının güclü və dayanıqlı maliyyə sistemindən faydalanmaq imkanlarını daha da artıracaqdır.

Maliyyə     Tarix: 22 iyul 2022

Oxşar xəbərlər

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz ®

 İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 17–21 avqust həftəsində qlobal maliyyə bazarlarının əsas istiqamətveric

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa

Azərbaycanda inflyasiya, əhalinin gəlirləri və iqtisadi artımla bağlı 2030-cu ilədək PROQNOZLAR AÇIQLANDI

İqtisadiyyat Nazirliyi tərəfindən cari ilin ötən dövrü ərzində faktiki inflyasiya səviyyəsi, dünya üzrə əmtəə, o cümlədən ərzaq qiymətlərinin nisbətən aşağı düşməsi və bunun idxal qiymətlərinə təsiri, nominal effektiv məzənn

Azərbaycanda qida məhsulları son 12 ayda 7%-dən çox bahalaşıb

Dövlət Statistika Komitəsi "İstehlak qiymətlərinin dəyişməsi haqqında" məlumat yayıb. Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında istehlak qiymətləri (inflyasiya) 2025-ci ilin yanvar-iyul aylarına nisbətə

Avqust pensiyaları NƏ VAXT ÖDƏNİLƏCƏK?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqustun 14-dən gec olmayaraq Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının ödənilməsi nəzərd

Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz

()  İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb

Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə


iqtisadi xeberler emlak xeberleri bitkoin qiymeti internetden pul qazanmaq investisiya