Mərkəzi Bankın valyuta ehtiyatları cari ilin ilk yarısında $194 mln. artıb
Azərbaycan Mərkəzi Bankının xarici valyuta ehtiyatlarının həcmi iyun ayında 0.53 faiz və ya 59.3 milyon ABŞ dolları yüksəlib.
Banker.az banka istinadən xəbər verir ki, 30 iyun 2025-ci il tarixinə xarici valyuta ehtiyatkları 11 milyard 154 milyon dollar təşkil edib.
Bununla da AMB 2024-cü ilin son rübündəki 836 mln. dolların 194.4 mln. dollarını cari ilin 6 ayına bərpa edə bilib.
Xatırladaq ki, Azərbaycan Mərkəzi Bankı 2024-cü ilin may ayından etibarən həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı keçirilən valyuta hərraclarının nəticələrini ictimaiyyətə açıqlamamağa qərar verib. AMB-nin sədri Taleh Kazımovun sözlərinə görə, əgər məzənnə dəyişmirsə və tələb ödənilirsə, bu məlumatlar bazarda baş verənləri təhlil etmək üçün kifayət etmir. Bu səbəbdən valyuta hərraclarının nəticələri yalnız ümumi ay və rüblük göstəricilər formasında açıqlanacaq.
Kazımov əlavə edib ki, son üç ildə AMB-nin valyuta bazarına etdiyi müdaxilələr ictimaiyyətə açıqlanıb və bu təcrübə davam etdiriləcək. Onun fikrincə, hərraclarda müxtəlif satış həcmilərinə media və ekspertlər tərəfindən birmənalı yanaşılmaması əsassız müzakirələrə səbəb olur:
"Hansısa hərracda 70 mln. dollar satış olanda qalmaqal edilir, 20 mln. dollar olanda isə heç bir reaksiya verilmir. Bu, ədalətsiz yanaşmadır."
Baş bankir vurğulayıb ki, valyuta bazarında tələb və təklifin balansını müəyyən etmək üçün iki əsas göstərici var: sabit məzənnə və dəyişməyən ehtiyatlar. Bu iki göstərici tələb və təklif arasında tarazlığın mövcud olduğunu təsdiqləyir.
AMB-nin yenilənmiş aprel proqnozuna görə, bu il də ölkənin cari əməliyyatlar balansının profisitli olacaq.

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?