Microsoft 2025-ci ildə süni intellektə 80 milyard dollar xərcləməyi planlaşdırır
ABŞ-ın texnologiya şirkəti Microsoft, 2025-ci maliyyə ilində süni intellektlə (AI) dəstəklənən məlumat mərkəzlərinin yaradılmasına təxminən 80 milyard dollar sərmayə qoymağı planlaşdırdığını açıqlayıb.
Marja xəbər verir ki, Microsoft-un vitse-prezidenti və şirkətin prezidenti Brad Smith, "Amerika Süni İntellekt üçün Qızıl Fürsət" adlı bloq yazısında süni intellektin bu dövrün "elektrik enerjisi" olduğunu və qarşıdakı 4 ilin Amerikanın gələcək dörddəbir əsrdə iqtisadi uğurlarının əsasını təşkil edə biləcəyini bildirib.
Smith qeyd edib ki, süni intellekt iqtisadiyyatın hər bir sektorunda innovasiyalara təkan verəcək, məhsuldarlığı artıracaq və Birləşmiş Ştatlar bu yeni texnologiya dalğasının önündə getməyə hazırdır.
ABŞ-ın Amerika şirkətlərinin özəl sərmayə qoyuluşları və yenilikləri sayəsində qlobal süni intellekt yarışına liderlik etdiyini bildirən Smith deyib:" Microsoft-un 2025-ci maliyyə ilində süni intellekt modellərini öyrənmək, bütün dünyada süni intellekt və bulud əsaslı tətbiqlərdən istifadə etmək üçün süni intellektlə işləyən məlumat mərkəzləri qurmaq üçün təxminən 80 milyard dollar sərmayə qoymağı planlaşdırır".
Smit bildirib ki, bu sərmayənin yarısından çoxu ABŞ-a yatırılacaq ki, bu da onların ABŞ-a bağlılığını və Amerika iqtisadiyyatına inamını əks etdirir.
ABŞ-ın dövlət siyasətinin ən mühüm prioritetinin özəl sektorun "arxadan əsən küləklə" irəliləməyə davam etməsinin təmin edilməsi olduğunu vurğulayan Smith, özəl sektorun ağır tənzimləmələr ilə yavaşlamaması lazım olduğuna diqqət çəkib.
Smit şirkətlərə inkişaf etməyə və AI komponentlərinin təhlükəsizliyini təmin etməklə yanaşı, müttəfiq ölkələri etibarlı təchizatla təmin etməyə imkan verən praqmatik ixrac siyasətinin zəruriliyini vurğulayıb. / marja.az

AMB: Kommersiya banklarında korporativ idarəetmə tələbləri yenilənəcək
Birbank Invest yeniləndi: investisiya portfelini idarə etmək daha rahat oldu
Rabitəbank Visanin dəstəyi ilə gamer turniri keçirəcək
"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Green Card nədir və onu necə əldə etmək olar?
Biznes qurmaq üçün nə lazımdır?
Fond birjası nədir?