"Microsoft" "Activision Blizzard"ın 69 mlrd. dollara alışını başa çatdırıb
Oktyabrın 13-də "Microsoft" korporasiyası "Activision Blizzard"ın satın alınmasının başa çatdığını elan edib. İndi şirkət "Call of Duty" və "Candy Crush" oyunlarının hüquqları da daxil olmaqla bütün daxili studiyalara sahibdir.
Müqavilə 68.7 milyard dollar dəyərində qiymətləndirilir – bu, oyun sənayesi tarixində ən böyük alış olub.
Xatırladaq ki, "Microsoft" "Activision Blizzard"ı almaq niyyətini 2022-ci ilin yanvarında açıqlayıb. Bununla belə, proses çoxsaylı antiinhisar tənzimləyicilərinin, xüsusən də Amerika FTC və Britaniya CMA-nın yoxlamaları səbəbindən 20 ay uzanıb. Sonuncu birləşməni oktyabrın 13-də təsdiqləyib.
Razılaşmanın bir hissəsi olaraq "Microsoft" korporasiyası "Activision Blizzard" oyunlarını öz xidmətlərinə əlavə etmək hüququna malik olan bir çox böyük bulud oyun şirkətləri ilə müqavilə bağlayıb.
"Microsoft" təkid edir ki, "Activision Blizzard"ın alışı ona oyunları daha çox istifadəçiyə təqdim etməyə imkan verəcək.
"Xbox"un CEO-su Fil Spenser sövdələşmə ilə bağlı xüsusi açıqlama yayıb. O qeyd edib ki, "Microsoft" oyunçuların fikirlərini dinləməyə davam edəcək və onların sevimli platformasında oyunlardan həzz alması üçün hər şeyi edəcək. / banker.az

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Proqramçılar üçün TOP-5 Freelance sayt
Biznes plan necə yazılır?
Biznes təlimlər və tədris üsulları
Evdə biznes qurmağın yolları
ƏDV geri al və onun üstünlükləri