MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladı

MİDA və Ziraat Bank Azərbaycan arasında əməkdaşlıq başladıGüzəştli mənzil əldə etmək hüququna malik olan şəxslər "Ziraat Bank Azərbaycan" ASC tərəfindən təklif olunan güzəştli ipoteka kreditindən faydalana bilərlər. Bu kreditlər Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən yaşayış komplekslərindən mənzil əldə etmək  istəyən vətəndaşlara İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) vəsaiti hesabına təqdim olunur.
Qeyd edək ki, MİDA tərəfindən satışa çıxarılan güzəştli mənzillərin üstünlüyü, qiymətlərinin yerləşdiyi ərazilər üzrə bazar qiymətindən daha aşağı olmasıdır. Eyni zamanda, bu mənzillər vətəndaşlara tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə təklif olunur. "Ziraat Bank Azərbaycan" ASC və "MİDA" MMC arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində bu mənzillərin əldə edilməsi üçün güzəştli ipoteka krediti 100 000 AZN-dək məbləğdə, 30 ilədək müddətə, illik 4 % və 10%-dən başlayan ilkin ödəniş şərti ilə təklif olunur. MİDA-nın sərəncamında olan mənzillərin əldə edilməsi "Elektron hökumət" portalı üzərindən  (www.e-gov.az ) "Güzəştli mənzil" sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.
MİDA-nın sərəncamında olan mənzilləri əldə etmək istəyən şəxslər kredit müraciətlərini Ziraat Bank Azərbaycanın Bakı şəhərində yerləşən 7 filialına (Müştəri Xidmətləri Departamenti, İçərişəhər, Əhməd Rəcəbli, Azadlıq, Səməd Vurğun, Babək və Sədərək filialları), Sumqayıt şəhərində yerləşən Sumqayıt filialına və Gəncə şəhərində yerləşən Gəncə filialına ünvanlaya bilərlər. Ziraat Bank Azərbaycanın filialları həftə içi hər gün saat 09:00-dan 17:00-dək fəaliyyət göstərir və müştərilərə yüksək səviyyəli xidmət təqdim edir.
Müştərilər güzəştli ipoteka krediti almaq hüququna malik olan şəxslərin siyahısı və ətraflı şərtlərlə Bankın rəsmi internet səhifəsində tanış ola bilərlər. Link: MİDA İpoteka Krediti | Ziraat Bank
"Ziraat Bank Azərbaycan" ASC, Türkiyə Respublikasına məxsus, 161 illik tarixə malik "Ziraat Maliyyə Qrupu"nun tərkib hissəsidir. Bank, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli, 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində xidmət göstərən bank hazırda Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən 11 filialı və Quba şəhərində yerləşən 1 şöbəsi ilə yanaşı, rəqəmsal platformalar üzərindən də müştərilərə xidmət təqdim edir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumatı Bankın  Instagram, X-platforması, Linkedin, YouTube sosial media hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə bilərsiniz. / banker.az

Banklar     Tarix: 01 iyul 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun