Mikayıl Cabbarov: "Bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var
"Lazımi sayda mütəxəssis olmasa, yeni İT şirkətləri yaranmayacaq, mövcud şirkətlər isə kadr çatışmazlığı ilə üzləşəcək. Demək, kifayət sayda şirkətlər və müvafiq olaraq, iş yerləri olmasa, yeni mütəxəssislər də meydana çıxmayacaq".
Bunu "Report" İnformasiya Agentliyinə müsahibəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazir vurğulayıb ki, dövlətin iştirakı olmadan ixtisaslı kadrların sürətli və səmərəli şəkildə hazırlanması mümkün deyil.
"Odur ki, yeni peşəyə yiyələnməyə hazır olan, bu sahəyə maraq göstərən insanlar üçün tələb olunan İT ixtisasları üzrə təlimlərə başlanılması qərara alınıb.
Azərbaycan artıq rəqəmsal iqtisadiyyatın qurulması istiqamətində vacib addımlar atıb. Buraya məktəblərdə rəqəmsal bacarıqların öyrədilməsi, elektron hökumətə keçid, zəruri İT infrastrukturunun yaradılması və modernləşdirilməsi daxildir. Amma başa düşmək lazımdır ki, bunların həyata keçirilməsindən nəticəni uzunmüddətli perspektivdə əldə edəcəyik. Hazırda əla kadrlarımız var, lakin bu, ölkədə keyfiyyətli sıçrayışı təmin etmək üçün kifayət deyil. Operativ şəkildə effekt əldə etmək üçün bu gün çoxlu sayda İT mütəxəssisinə ehtiyacımız var", - deyə Mikayıl Cabbarov qeyd edib.
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Maaşlardan yığılan vergi 21% artıb
Azərbaycanda 2026-cı ilin yanvar-iyul aylarında fiziki şəxslərin gəlir vergisi üzrə dövlət büdcəsinə 1 milyard 412,6 milyon manat vəsait daxil olub. Ötən ilin eyni dövründə bu göstərici 1 milyard 168,4 milyon manat təşki
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin
Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb
Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c
Neft bahalaşdı
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə