Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyin növləri - MÜƏYYƏNLƏŞİR

Mikro, kiçik və orta sahibkarlığın inkişafına dəstəyin növləri - MÜƏYYƏNLƏŞİRMikro, kiçik və orta sahibkarlığın inkişafına göstəriləcək dəstəyin növləri müəyyənləşir.
FED.az xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan yeni hazırlanmış "Mikro, kiçik və orta sahibkarlığın inkişafı haqqında" qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə əlavə dəstək göstərilməsi nəzərdə tutulan iqtisadiyyatın prioritet sahələrinin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin formaları və göstərilməsi qaydası Azərbaycan Respublikasının qanunlarında, digər normativ hüquqi aktlarda, habelə mikro, kiçik və orta sahibkarlığın inkişafına dair dövlət proqramlarında müəyyən edilir. Dövlət orqanları (qurumları) tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə və onlara dəstək infrastrukturunu təşkil edən qurumlara, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək göstərilməsinin qiymətləndirilməsi qaydaları və qiymətləndirməni həyata keçirən qurum müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Eyni zamanda layihədə qeyd edilib ki, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dövlət maliyyə dəstəyi Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarda müəyyən edilən hallarda və qaydada dövlət büdcəsinin vəsaiti hesabına və (və ya) müxtəlif güzəştlər şəklində aidiyyəti dövlət orqanları (qurumları) tərəfindən göstərilir.
Həmçinin, mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məsləhət və informasiya dəstəyi aşağıdakı formalarda göstərilir:
- mikro, kiçik və orta sahibkarlığın inkişafı üzrə təlimlərin, tədris seminarlarının və elmi-praktiki konfransların təşkili;
- xarici ölkələrdə təcrübə keçirilməsinin təşkili;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin fəaliyyətinin həyata keçirilməsi təcrübəsi, yeni texnologiyalar bazarı haqqında metodiki vəsaitlərin, informasiya bülletenlərinin yayılması;
- məsləhət, informasiya, hüquq, marketinq və digər sahələrdə xidmətlərin göstərilməsi, habelə regionlarda informasiya və məsləhət mərkəzləri şəbəkəsinin yaradılması;
- qabaqcıl xarici və yerli texnologiyalara əlçatanlığa yardım göstərilməsi;
- yerli malların (işlərin, xidmətlərin) ixracına yardım məqsədilə informasiya dəstəyinin göstərilməsi.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə informasiya dəstəyinin göstərilməsi məqsədilə səlahiyyətli qurum öz rəsmi internet səhifəsində aşağıdakı məlumatları yerləşdirir:
- mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş dövlət proqramları və digər proqramlar və onların həyata keçirilməsi barədə məlumatları;
- iqtisadi fəaliyyət növləri üzrə bölünməklə mikro, kiçik və orta sahibkarlıq subyektlərinin sayı barədə məlumat;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstək infrastrukturunu təşkil edən qurumlar və onlar tərəfindən mikro, kiçik və orta sahibkarlıq subyektlərinə dəstəyin göstərilməsi şərtləri və qaydası barədə məlumat;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinə göstərilən dəstək tədbirləri barədə;
- sahibkarlıq, investisiya mühitinin və mikro, kiçik və orta sahibkarlığa dəstək infrastrukturunun təhlilinin nəticələri barədə məlumatlar;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin inkişafı üçün tələb olunan digər məlumatlar (iqtisadi, hüquqi, statistik, marketinq və s.), o cümlədən səlahiyyətli qurumun fəaliyyət sahəsinə aid olan məlumatları.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığına, təkrar hazırlığına və ixtisaslarının artırılmasına dövlət dəstəyi aşağıdakı formalarda göstərilir:
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin hazırlığı və ixtisaslarının artırılması proqramlarının hazırlanması;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçiləri üçün vahid təlim, məsləhət və müxtəlif formatlardan (praktiki məşğələlər, işgüzar oyunlar, mühazirə kursları) istifadə etməklə distant təlim xidmətlərinin göstərilməsi;
- işaxtaranların sahibkarlıq fəaliyyətinin əsaslarına yiyələnməsinin, gənclər arasında sahibkarlığın, habelə ailə və qadın sahibkarlığının təbliği;
- qabaqcıl texnologiyaların tətbiqi və mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinin peşəkarlıq səviyyəsinin artırılması məqsədilə beynəlxalq təcrübə mübadiləsi proqramlarında iştirakına kömək göstərilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektlərinin işçilərinə təlim keçən təlimçilərin hazırlanması.
Aşağıda nəzərdə tutulan xidmətlər biznes inkubatoru ilə sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər arasında bağlanılmış müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında təqdim edilir. Biznes inkubatoru ilə inkubasiya xidmətlərinin göstərilməsi haqqında müqavilə bağlamış sahibkarlıq fəaliyyətinə başlamaq istəyən və yeni başlayan subyektlər biznes inkubatorunun rezidenti sayılır.
Biznes inkubatoru inkubatorun rezidentinə əmlak, idarəetmə, biznes tərəfdaşların axtarılması və maliyyə resurslarının əldə edilməsi, kadr hazırlığı, texniki, informasiya, məsləhət, hüquqi, marketinq, icarə, lizinq və digər dəstək xidmətlərinin göstərilməsini təmin edir.
Biznes inkubatorları məqsədli təyinatından asılı olaraq çoxsahəli və ya ixtisaslaşmış ola bilərlər.
Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin innovasiya, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində dövlət orqanları (qurumları) və bələdiyyələr tərəfindən dəstəklənməsi aşağıdakı formalarda həyata keçirilir:
- ixtiraların, faydalı modellərin, sənaye nümunələrinin və seleksiya nailiyyətlərinin patentləşdirilməsinə, həmçinin mikro, kiçik və orta sahibkarlıq subyektləri tərəfindən yaradılan intellektual fəaliyyətin digər nəticələrinin dövlət qeydiyyatına alınmasına kömək göstərilməsi;
- vençur sahibkarlığın inkişafına kömək göstərilməsi;
- innovasiyalar, məhsul istehsalı və xidmət göstərilməsi sahəsində satınalma müqavilələrinin bağlanılmasına mikro, kiçik və orta sahibkarlıq subyektlərinin cəlb edilməsi üçün şəraitin yaradılması;
- xarici investisiyaların cəlb edilməsinin və qarşılıqlı faydalı beynəlxalq innovasiya əməkdaşlığının inkişafının həvəsləndirilməsi;
- mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə "Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 4-1-ci maddəsinə əsasən iri sahibkarlıq subyektlərinə aid edilmiş sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsinin müxtəlif stimullaşdırıcı tədbirlər vasitəsilə tətbiq edilməsi.
Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə bağlı Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları, eləcə də dövlət proqramları ilə dəstək tədbirləri müəyyən edilərkən bu Qanunla müəyyən edilmiş forma, istiqamət, prinsip və şərtlər əsas götürülməlidir.
Qeyd olunub ki, bu Qanunun tətbiqi zamanı yaranan mübahisələr danışıqlar yolu ilə, inzibati qaydada, tərəflərin qarşılıqlı razılaşması əsasında məhkəmədən kənar digər yollarla və ya "Mediasiya haqqında" qanun nəzərə alınmaqla, Azərbaycan Respublikasının məhkəmələri vasitəsilə həll edilə bilər.
Bu Qanunun tələblərinin pozulmasına görə hüquqi, fiziki və vəzifəli şəxslər qanunla müəyyən edilmiş hallarda məsuliyyət daşıyırlar.
Bu Qanun qəbul ediləcəyi təqdirdə dərc olunduğu gündən qüvvəyə minəcək.
Bu Qanun qüvvəyə mindiyi gündən "Kiçik sahibkarlığa dövlət köməyi haqqında" qanun ləğv ediləcək. (Marja)

Biznes     Tarix: 29 sentyabr 2022

Oxşar xəbərlər

Hindistan vətəndaşı Azərbaycanda 50 min kapital ilə - RESTORAN AÇIB

Bu ilin fevral ayının 26-da "Saiyat Restaurant" MMC (VÖEN:  1704168651) dövlət qeydiyyatına alınıb. Çin vətəndaşı Bakıda 50 min manat kapitalla şirkət yaradıb . biznes və maliyyə xəbərləri portalı xəbər verir ki

Özbəkistanda Azərbaycan kapitallı 470-dən çox şirkət fəaliyyət göstərir

Özbəkistanda Azərbaycan kapitallı 473 şirkət qeydiyyata alınıb. xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi bildirir. Məlumata görə, bu il iyulun 1-nə Özbəkistanda xarici investisiyalı 20 502 müəssis

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları - HƏYATA KEÇİRİLİB

Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, PAŞA Maliyyə Holdinqinin məlumatına əsasən, Lukasz Szczepanski Birmarket-in Baş İcraçı Direktor

Orxan Məmmədov: "KOB-ların üçün inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır"

Azərbaycanda kiçik və orta biznesin (KOB) inkişafı üçün maliyyə ekosistemi qurulmalıdır. xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxa

Azərbaycan-Almaniya Biznes Şurası yaradılır - FOTOLAR

İyulun 21-də Berlində Almaniya-Azərbaycan sənədlərinin imzalanması mərasimi keçirilib.   xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Almaniya Federativ Respublikasının Federal Kansleri Fridrix Mert

Dünyanın 500 ən varlı adamı bir gündə sərvətinə 336 milyard dollar əlavə edib

Bloomberg Milyarderlər İndeksinə görə, Nyu-York birjasının bağlanışında dünyanın ən varlı 500 insanı sərvətinə 336 milyard dollar əlavə edib. Mask tarixdə ilk trilyonçu oldu - YENİ RƏQƏMLƏR. xəbər verir ki, 15 iyunda qeyd

ATİB "Hilton Garden Inn Baku Hotel"i ilə əməkdaşlığı genişləndirir - FOTOLAR

Azərbaycan-Türkiyə İş Adamları Birliyinin nümayəndə heyəti Birliyin üzvü Hilton Garden Inn Baku Hotelini ziyarət edib. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ATİB İdarə Heyətinin sədri Mürsəl Rüstəmov, İdar

"McDonald"s Azərbaycan" şəhid və qazi ailələrinin övladları üçün yay istirahəti təşkil edib - FOTOLAR

"McDonald"s Azərbaycan" Dövlət Sosial Müdafiə Fondu ilə birgə şəhid və qazi ailələrindən olan 12 uşaq və onların yaxınları üçün Bilgəh qəsəbəsində yerləşən "Camphood" düşərgəsinə yay istirahəti təşki

Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib - FOTO

Bu gün Bakıda Azərbaycan-Slovakiya biznes forumu keçirilib. xəbər verir ki, forumda iqtisadiyyat naziri Mikayıl Cabbarov və Slovakiyanın Baş nazirinin müavini, iqtisadiyyat naziri Denisa Sakova iştirak ediblər. Forum çərçivəsind


iqtisadi xeberler bitkoin qiymeti emlak xeberleri telefonla pul qazanmaq biznes qurmaq