"Milli Brendlərin Pərakəndə Zirvəsi -2025" keçirilib - FOTOLAR

"Biznes Mərkəzi Klubu"nun təşkilatçılığı ilə "Milli Brendlərin Pərakəndə Zirvəsi – 2025" adlı mötəbər forum keçirilib.
FED.az xəbər verir ki, tədbirə 400-dən çox qonaq – rəsmi şəxslər, tanınmış şirkət rəhbərləri və media nümayəndələri qatılıb.
Forumun rəsmi hissəsi "Biznes Mərkəzi Klubu"nun İdarə Heyətinin sədri Rüfət Nadirlinin açılış nitqi ilə başlayıb. O, klubun əldə etdiyi nailiyyətlərdən bəhs edərək, qarşıdakı dövrdə sahibkarlara təqdim olunacaq yeni layihələr barədə ətraflı məlumat verib. Rüfət Nadirli, klubun əsas hədəfinin sahibkarlığın daha geniş miqyasda inkişafına dəstək vermək olduğunu vurğulayıb.
Forumda çıxış edən Azərbaycan Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov, "Biznes Mərkəzi Klubu"nun sahibkarlığa verdiyi töhfələri yüksək qiymətləndirib. O, bu cür təşəbbüslərin ölkədə biznes mühitinin formalaşmasında və inkişafında mühüm rol oynadığını bildirib. Tədbirin açılış mərasimində "KOBSKA" İH-in sədri Ramin Şərifov və UİD Arge və Eğitim Başkanı Cengiz Aygör də çıxış edərək, "Biznes Mərkəzi Klubu"nun təşəbbüslərini yüksək qiymətləndirib, bu cür forumların beynəlxalq əməkdaşlıq və investisiya imkanlarının genişlənməsində mühüm rol oynadığını bildiriblər. Tədbirdə həmçinin "Xəzər Media Mərkəzi"nin Reklam və Marketinq departamentinin direktoru Gökhan Özkundakçı çıxış edərək klubun sahibkarlıq ekosistemindəki rolunu yüksək dəyərləndirib. O, media və biznes arasında əməkdaşlığın daha da gücləndirilməsinin əhəmiyyətini qeyd edib və bu əlaqələrin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyinə inandığını bildirib. Azərbaycan Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva tədbirin sahibkarlar üçün yeni əməkdaşlıqlar qurmaq və şəbəkələşmək baxımından əhəmiyyətli olduğunu qeyd edib.
Tədbirin bədii hissəsində rəqs nümayişi etdirilib və tanınmış modelyer Mətanət Bayramovanın "Meta4Fashion" brendinin "Business Style" dəfiləsi iştirakçılara təqdim olunub. Forum çərçivəsində Pərakəndə sektorunun inkişafına həsr olunmuş panel müzakirələri keçirilib. Panel müzakirələrində pərakəndə sektorunda mövcud vəziyyət, rəqabət mühiti, rəqəmsal transformasiya, istehlakçı davranışlarının dəyişməsi, eləcə də yerli brendlərin gücləndirilməsi yolları müzakirə edilib. Spikerlər yeni dövrün tələblərinə uyğun strateji yanaşmaları bölüşərək, brendlərin beynəlxalq bazarlara çıxışı, rəqəmsal marketinqin rolu, müştəri təcrübəsinin fərdiləşdirilməsi, loqistika və təchizat zəncirinin optimallaşdırılması kimi mövzularda fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, forumun rəsmi tərəfdaşı qismində "Birbank Biznes" və "ZH Media", tədbirin sponsorları sırasında isə "Onur Plast", "Aran İnşaat", "Hanoğlu Baklava & Lokum", "Dimora Craft", "Foto xalça", "QSA", "Aqat Silver", "Kingsmart", "Logix", "Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi", "Crea Time", "Asistal", "Green Led", "Euracs", "BMG İnternational" və "Smart System" kimi nüfuzlu şirkətlər yer alıb.
Tədbirə geniş ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə 20-dən çox media qurumu informasiya dəstəyi göstərib. Onların arasında aparıcı televiziya kanalları, xəbər portalları və ixtisaslaşmış iqtisadi platformalar yer alıb, bu da forumun geniş işıqlandırılmasını təmin edib.

Biznes     Tarix: 04 iyun 2025

Oxşar xəbərlər

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

Gürcüstanda Azərbaycan sərmayəli şirkətlərin sayı 5 500-ü ötüb

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan investisiyalı şirkətlərin sayı 5 500-ü ötüb. Hökumət: Gürcüstanda iqtisadi fəallığın artması Azərbaycana da sərf edir. xəbər verir ki, bu barədə Azərbaycanın Gürcüstandakı səfir

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Tenderyard Azərbaycanda alış-satışa yeni yanaşma - TƏQDİM EDİR

Azərbaycanda rəqəmsal ticarət imkanları genişləndikcə alıcı və satıcıların bir-biri ilə daha rahat əlaqə qurmasına imkan verən platformalara maraq artır.  xəbər verir ki, bu istiqamətdə fəaliyyət göstərənTenderyard.com alı

Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR

"Amen" MMC-nin (VÖEN: 6404786371) təsisçilərindən biri şirkətdən ayrılıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkətin 100 manatlı

"Göygöl Şərab Zavodu"nun Müşahidə Şurası ilə bağlı qərar veriləcək

"Göygöl Şərab Zavodu" ASC səhmdarlarının növbədənkənar ümumi yığıncağını keçirəcək. xəbər verir ki, yığıncaq 6 noyabr 2026-cı il saat 11:00-da Göygöl şəhəri, Heydər Əliyev prospekti 2 ünvanında keçiriləcək. Yığıncağı

Oxford Economics "McDonald"s Azərbaycan"ın iqtisadiyyata təsirini araşdırıb

Beynəlxalq konsaltinq şirkəti olan "Oxford Economics" "McDonald"s"ın Azərbaycan iqtisadiyyatına təsirini qiymətləndirib. xəbər verir ki, ictimaiyyətə təqdim olunan hesabata əsasən, şirkətin 2025-c

Bakıda Azərbaycan-Laos biznes-forumu keçiriləcək

Müvafiq göstərişlər verildi ki, iqtisadi sahədə, o cümlədən ticarət dövriyyəsi sahəsində əməkdaşlıq intensivləşsin. xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Laos Prezidenti Thonqlun Sisulitlə mətbuata bəyanatınd


iqtisadi xeberler 1000 manatla biznes kripto dollar manat kursu bitkoin