Milyarder Cef Bezosdan 2045 proqnozu

Milyarder Cef Bezosdan 2045 proqnozuAmazon və Blue Origin şirkətlərinin qurucusu Jeff Bezos-a  (Cef Bezos)görə, insanlıq qarşıdakı 20 ildə "sivilizasiya bolluğu" dövrünə qədəm qoyacaq. Bezos hesab edir ki, 2045-ci ilə qədər milyonlarla insan kosmosda yaşayacaq, fiziki və təhlükəli işləri isə robotlar həyata keçirəcək.
"Süni intellekt fəlakət deyil, rifah gətirəcək"
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
İtaliyada keçirilən "Italian Tech Week 2025" tədbirində çıxış edən Bezos bildirib:
"Süni intellekt insanlıq üçün fəlakət deyil, rifahın açarı olacaq. Qarşıdakı 20 il bəşəriyyətin qızıl dövrü olacaq. Daha xoşbəxt, daha varlı olacağıq və daha az işləyəcəyik."
"Sivilizasiya bolluğu" dövrü başlayacaq
Bezos-un fikrincə, texnoloji tərəqqi insanlığı "sivilizasiya bolluğu" adlanan yeni mərhələyə aparacaq. O deyib:
"2045-ə qədər milyonlarla insan kosmosda yaşayacaq. Ay səthində və ya digər planetlərdə görüləcək işlər insanlara deyil, robotlara həvalə ediləcək. Bu həm daha təhlükəsiz, həm də daha iqtisadi olacaq."
Süni intellektə "əkinçilik aləti" bənzətməsi
Bezos, süni intellektlə bağlı mənfi fikirlərə qatılmadığını da vurğulayıb:
"Tarix boyu hər yeni ixtira insanlığı daha da irəli aparıb. 10 min il əvvəl şum alətini ixtira edən insan necə tərəqqi etmişdisə, bu günün texnoloji kəşfləri də eyni nəticəni verəcək."
Milyarderlərin fərqli baxışları
Bezos-un optimist yanaşması, texnologiya dünyasında müxtəlif fikirlərin səsləndiyi bir dövrə təsadüf edir. Elon Musk (SpaceX) 2028-də insanların Marsa ayaq basacağını proqnozlaşdırarkən, OpenAI-ın rəhbəri Sam Altman gələcəkdə "kosmosda işləməyin ən nüfuzlu peşə" olacağını deyib.
Digər tərəfdən, Bill Gates bu yanaşmalara ehtiyatla yanaşır:
"Kosmosu çirkləndirməmişdən öncə bu planetimizi düzəltməyə diqqət yetirməliyik," – deyə o, milyarderlərin kosmos yarışını tənqid edib.
"Gələcək düşündüyümüzdən çox daha parlaqdır"
Bezos çıxışının sonunda ümid dolu mesaj verib:
"Hazırda yaşayan heç kim ümidsiz olmamalıdır. Gələcək, düşündüyümüzdən daha parlaq olacaq."
Qeyd edək ki, Jeff Bezos-un sahibi olduğu Blue Origin 3 mülki şəxslər üçün kosmos səyahəti həyata keçirmişdir. Bezos, şirkətinin raketlərinin etibarlılığını nümayiş etdirmək üçün toyundan öncə həyat yoldaşı Lauren Sánchez və müğənni Katy Perry-ni də kosmosa göndərmişdi. / marja.az

Maraqlı     Tarix: 18 oktyabr 2025

Oxşar xəbərlər

Nepal və Tibetdə dağıdıcı selə nə səbəb olub?

Mənbə: . Hadisə Azərbaycandan minlərlə kilometr uzaqda, Himalay dağlarının Nepal və Çin sərhədində baş versə də, bu cür təbii fəlakətlərin necə yarandığını və bir-biri ilə necə əlaqəli olduğunu anlamaq coğrafi baxımdan mühü

"Süni intellekt hamımızın ölümünə səbəb ola bilər" - Süni intellekt şirkətinin əməkdaşı istefa verdi

Süni intellekt şirkəti Anthropic-in əməkdaşı Ceykob Kokson (Jacob Coxon) süni intellektin "real güc və resurslar əldə edə biləcək fövqəlinsan sistemlərə çevrilə biləcəyini" iddia edərək şirkətdən istefa verdiyin

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind

Çinin elektromobil istehsalçıları avtomobil bazarı zəiflədikcə humanoid robotlara yönəlir

Çin şirkətləri on il əvvəl elektrik avtomobilləri sektoruna sürətlə daxil olmuşdular. İndi isə elektromobil bazarında sərt rəqabət fonunda artımın zəifləməsi onları humanoid robotlar (insanabənzər robot) sahəsinə yönəldir

iPhone 17 Pro Max-ı iPhone 18 Pro Max-a dəyişməyə dəyər?

iPhone 17 Pro Max-ın 6,9 düymlük 120 Hz ekranı, A19 Pro çipi, üç 48 MP-lik arxa kamerası və 39 saata qədər video izləmə müddəti Apple-ın rəsmi texniki məlumatlarında göstərilir. ABŞ-da başlanğıc qiyməti 256 GB üçün 1 19

Süni intellekt qlobal kapital dövriyyəsini necə işə saldı: 2008-ci il böhranı təkrarlana bilərmi?

Dairəvi maliyyələşdirmə modeli süni intellekt bumunu sürətləndirir, eyni zamanda dünya iqtisadiyyatındakı disbalansları dərinləşdirir. Bu mənzərə qlobal maliyyə böhranı ərəfəsindəki vəziyyəti xatırladır. . Müəlliflər: Şo

Sibirdə şübhəli hadisə taunla bağlı narahatlığı artırıb – xəstəlik haqqında nə bilirik?

— Taun tarixdə ən çox qorxu doğuran xəstəliklərdən biridir və on milyonlarla insanın ölümünə səbəb olmuş pandemiyalarla yadda qalıb. Bu gün insanlarda taun hallarına nadir rast gəlinir və adətən antibiotiklərlə müalicə olun

Apple-dan tarixi təqdimat: İlk qatlanan iPhone Duo, iPhone 18 Pro, yeni Watch və AirPods modelləri təqdim edildi

Apple sentyabrın 9-da Kaliforniyanın Kupertino şəhərində yerləşən Apple Park-da "Surprise and shine" adlı illik məhsul təqdimatını keçirib. Tədbir həm şirkətin tarixində ilk qatlanan iPhone-un nümayişi, həm də sentyabrı

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics


iqtisadi xeberler valyuta kurslari dollar məzənnəsi valyuta mezennesi kicik biznes