"Mobil cihazlarda zərərli proqramlar bank təhlükəsizliyini təhdid edir"
Bəzi mobil cihazlarda mövcud olan zərərli proqram təminatları hakerlərə həmin telefonları məsafədən idarə etmək imkanı yaradır.
Bunu "Kapital Bank" ASC-nin İnformasiya Təhlükəsizliyi Departamentinin Direktoru Çingiz Səfərli Bakıda keçirilən Maliyyə və Texnologiyalar Sərgisində ("Fintex Sammit") çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bu proqramlar hakerlərə bank tətbiqlərinə müdaxilə etmək, istifadəçilərin hesablarını ələ keçirmək və onların vəsaitlərini oğurlamaq imkanı verir:
"İstifadəçi bank tətbiqindən istifadə etdiyi anda belə bu proqramlar vasitəsilə əməliyyatlar izlənilə və sui-istifadə oluna bilir".
Ç. Səfərli bildirib ki, "Kapital Bank" bu risklərin qarşısını almaq üçün xüsusi nəzarət mexanizmləri tətbiq edib:
"Əvvəllər də müəyyən ənənəvi nəzarət sistemləri mövcud idi, lakin biz bu sahədə daha irəli texnologiyalar tətbiq etmişik. Yeni sistemlər sayəsində mobil tətbiq cihazda zərərli proqram aşkarladıqda avtomatik olaraq fəaliyyətini dayandırır və istifadəçiyə onun aradan qaldırılması ilə bağlı təlimat təqdim edir".
Bankın rəsmisi qeyd edib ki, 2025-ci ilin ilk rübündə 14 minə yaxın istifadəçinin cihazında bu cür hallara rast gəlinib. İstifadəçilər zərərli proqram təminatını silərək bank xidmətlərindən təhlükəsiz şəkildə istifadə etməyə davam ediblər.
Onun sözlərinə görə, bu hallar əsasən Android əməliyyat sistemli cihazlarda qeydə alınır, iOS cihazlarında isə hələ belə faktlar müşahidə edilməyib.
Ç.Səfərli əlavə edib ki, müştərilərə bəzən "Kapital Bank" adından saxta zənglər daxil olur və dələduzlar onların kart məlumatlarını əldə etməyə çalışırlar. Bu cür halların qarşısını almaq məqsədilə bank yeni texnologiyalar tətbiq edir:
"Transformasiyanın üçüncü mərhələsində əgər müştəriyə daxil olan zəngin bankdan gəlmədiyi müəyyən edilərsə və həmin anda mobil tətbiq açıqdırsa, istifadəçiyə tətbiq daxilində xəbərdarlıq banneri təqdim ediləcək. Zəngi tam bloklamaq mümkün deyil, çünki bəzən bank əməkdaşı da şəxsi nömrədən zəng edə bilər. Lakin vaxtında məlumatlandırma riski xeyli azalda bilər". / banker.az

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu
Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"
AzInTelecom-un rəqəmsal imza infrastrukturu beynəlxalq "WebTrust for CA" auditindən uğurla keçib
ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR
"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
Taleh Kazımov kreditlərə dair ekspertlərin fikirlərini SƏRT TƏNQİD ETDİ - "Həmin maddəni masanın üstünə qoyun
AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Onlayn biznes ideyaları
Marketinq nə demədir?
Biznesə aid ən yaxşı 10 kitab
Françayzinq nədir və necə olur?