"Moody's" Azərbaycanın uzunmüddətli reytinqini yüksəldib
"Moodys Investors Service" beynəlxalq reytinq agentliyi Azərbaycan hökumətinin uzunmüddətli emitent reytinqini və prioritet təminatsız borcunu "Ba2" səviyyəsindən "Ba1"ə yüksəldib və proqnozu müsbətdən sabitə dəyişib.
"Report" reytinq agentliyinə istinadən xəbər verir ki, reytinqin yüksəldilməsi son illər siyasətin effektivliyinin yaxşılaşmasını əks etdirir və bu, büdcə idarəçiliyinin təkmilləşdirilməsi və gələcək şokları amortizasiya etmək qabiliyyətinin artması deməkdir.
"Pandemiyaya baxmayaraq, iqtisadi dirçəliş və yüksək karbohidrogen qiymətləri fonunda büdcənin ehtiyatlı idarə edilməsi sayəsində büdcə göstəriciləri yüksək olaraq qalır və gözlənildiyindən daha sürətlə yaxşılaşır", - hesabatda deyilir.
"Moodys" hesab edir ki, hökumətin antiinflyasiya tədbirləri və Azərbaycan Mərkəzi Bankının aktiv makroiqtisadi siyasəti Rusiya-Ukrayna böhranı ilə daha da kəskinləşən inflyasiya risklərinin qarşısını alacaq.
Eyni zamanda, "Moodys" Azərbaycanın yerli və xarici valyutada reytinqini müvafiq olaraq "Baa3" səviyyəsindən "Baa2"yə və "Ba2"dən "Ba1" səviyyəsinə qaldırıb.

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Bitcoin nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
ZARA-nın uğur hekayəsi
Biznes plan necə yazılır?