Moody"s Beynəlxalq Reytinq Agentliyi Kapital Bank-ın reytinq qiymətləndirməsini açıqlayıb

Moody®Moody"s Beynəlxalq Reytinq Agentliyi növbəti qiymətləndirmənin yekunu olaraq Kapital Bank-ın reytinqini təsdiq edib. Bu reytinq ölkə bankları arasında yüksək göstəricilərdən biri hesab olunur.
Agentlik bankın yerli və xarici valyutada uzunmüddətli depozit reytinqi "Ba2" səviyyəsində, ödəmə qabiliyyətinin baza səviyyəsi reytinqini (BCA) "Ba3" səviyyəsində təsdiqləyərək dəyişilməz olaraq saxlayıb. Kapital Bank-ın reytinqi üzrə proqnozu isə "stabil" olaraq davam edir. Agentliyin hesabatında bildirilir ki, bu göstərici yaxın 12-18 ayda bankın kredit portfelinin keyfiyyətində gözlənilən yüksəlməni əks etdirir.

"Kapital Bank-ın BCA reytinqinin "Ba3" səviyyəsində, yerli və xarici valyutada uzunmüddətli depozit reytinqinin isə "Ba2" səviyyəsində müəyyən edilməsi bankın sağlam kredit portfeli, o cümlədən gəlirlilik və kapital adekvatlığı səviyyəsinin yüksək olmasının göstəricisidir. 2023-ci ilin sonuna problemli kreditlərin ümumi kredit portfelindəki payı cəmi 2% təşkil edib. Bankın 2023-cü ilin sonuna 13%-14% -lik TCE/RWA göstəricisi ilə möhkəm kapitallaşma və yüksək gəlirlilik banka potensial zərərlərin qarşısını almağa və əvvəlki illərdə olduğu kimi dividendləri vaxtında ödəməyə imkan yaradır", – deyə hesabatda qeyd olunur.  Reytinq agentliyi yaxın 12-18 ay ərzində bankın likvidliyinin yüksək səviyyədə qalacağını da gözləyir.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 118 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— , Birbank kartı sifarişi üçün — . / banker.az

Banklar     Tarix: 07 may 2024

Oxşar xəbərlər

"Yapı Kredi Bank Azərbaycan" Hüquq Büro xidmətini satın alır - TENDER ®

"Yapı Kredi Bank Azərbaycan" QSC Hüquq Büro xidmətinin alımı üçün tender açıq elan edir. Tenderə müraciət edilməsi üçün şikrətlər aşağıdakı şərtlərə uyğun gəlməli və qeyd edilən sənədləri qapalı zərfdə "Yap

"Yelo Bank"da çalışanların sayı açıqlandı

"Yelo Bank" ASC 2026-cı ilin II rübünün yekunlarına əsasən işçi heyətinin dinamikasını açıqlayıb. bu barədə bankın yarımillik hesabatına istinadən xəbər verir. 2026-cı ilin martın 31-nə olan məlumata əsasən bankd

Azərbaycanda aktivləri 4,5 milyard manat olan yeni bank formalaşacaq

Bank Respublika və AccessBank-ın planlaşdırılan birləşməsi nəticəsində cəmi aktivləri 4,5 milyard manat olan maliyyə institutu formalaşacaq. xəbər verir ki, birləşmiş bankın kredit portfelinin həcmi 3,3 milyard manata çatacaq

Mərkəzi Bankın bina və avadanlıqlarının sığortası 905 min manata başa gələcək

Azərbaycan Mərkəzi Bankı bina və avadanlıqlarının sığortalanması xidmətini "PAŞA Sığorta" ASC-dən satın alır. xəbər verir ki, Mərkəzi Bank bu məqsədlə "PAŞA Sığorta" ilə 905 min 265 manat dəyərində müqavil

"Azərbaycan Sənaye Bankı"na yeni sədr təyin edilib – Uzun müddətdir orada çalışırdı

"Azərbaycan Sənaye Bankı" ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib. xəbər verir ki, səhdmarların Ümumi Yığıncağının qərarına əsasən bankın İdarə Heyətinin üzvü Sarvan Umudvar oğlu Mikayılov İdarə Heyətini

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib

Biznes sahibləri üçün yeni fürsət – kredit müddətinin son 100 günü faizsiz!. Ölkəmizdə sahibkarlığın inkişafına xüsusi önəm verən Bank Respublika, sahibkarların maliyyə imkanlarını genişləndirmək və bizneslərinin inkişafın

"Moody’s" Azərbaycan bankları regionda geosiyasi risklərə ən az məruz qalan banklardır

Azərbaycan bankları Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri arasında geosiyasi risklərə ən az məruz qalan banklardır. Bu barədə "Moody"s"in son hesabatında qeyd olunub. Reytinq agentliyinin məlumatına görə

Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib

Azərbaycan Mərkəzi Bankında (AMB) "Bazar davranışlarının tənzimlənməsi departamenti"nin adı dəyişdirilərək "Bazar davranışlarına nəzarət və tənzimləmə departamenti" olub. xəbər verir ki, yeni Əsasnam

ABB partnyorları ilə görüş ®

ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştira


iqtisadi xeberler avtomobil xeberleri kicik biznes dollar manat kursu iqtisadiyyat xeberleri