"Moody’s": Mərkəzi Asiya və Qafqaza "təmiz enerji" mərkəzinə çevrilmək üçün islahatlar və investisiyalar lazımdır

Maliyyə dayanıqlığını qorumaq üçün Mərkəzi Asiya və Qafqaz ölkələri dekarbonizasiya investisiyalarının yükünü özəl sektor və beynəlxalq inkişaf tərəfdaşları ilə bölüşdürməlidirlər.
Bu barədə "Moody"s" beynəlxalq reytinq agentliyinin hesabatında bildirilir.
Asiya İnkişaf Bankının qiymətləndirmələrinə görə, 2030-cu ilə qədər regiona təxminən 120 milyard ABŞ dolları investisiya lazım olacaq. Bu isə ümumi daxili məhsulun (ÜDM) təxminən 14 %-ni təşkil edir.
Agentliyin məlumatına görə, bu vəsaitin əsas hissəsi bərpa olunan enerji mənbələrindən (hidroenergetika istisna olmaqla) elektrik enerjisi istehsalının inkişafına, enerji səmərəliliyinin artırılmasına və elektrik enerjisinin ötürülməsi infrastrukturunun modernləşdirilməsinə yönəldilməlidir.
"Moody"s" qeyd edir ki, regionun bütün ölkələri artıq 2030 və ya 2050-ci ilə qədər istixana qazı emissiyalarının azaldılması ilə bağlı hədəfləri olduğunu elan ediblər, lakin bu öhdəliklərin iddialılıq dərəcəsi fərqlidir.
"Qazaxıstan 1990-cı il səviyyəsi ilə müqayisədə 2030-cu ilə qədər emissiyaları 15 % (şərtsiz) və 25 % (şərti) azaltmağı öhdəsinə götürüb. 2023-cü il Qlobal Atmosfer Tədqiqatları üçün Emissiyalar üzrə Bazanın məlumatlarına görə, ölkədə adambaşına düşən emissiya səviyyəsi 15,99 ton CO₂-ekvivalenti təşkil edib. Bu da Azərbaycan (6,17 ton), Özbəkistan (6,14 ton), Gürcüstan (5,13 ton) və Qırğızıstanın (3,11 ton)  göstəricisindən əhəmiyyətli dərəcədə yüksəkdir. Regionun əksər ölkələri emissiyanı azaltmaqla bağlı mütləq hədəflərə çatmağa çalışırlar. Burada Özbəkistan istisna təşkil edir. Bu ölkə qarşısına 2010-cu il səviyyəsinə nisbətən 2030-cu ilə qədər ÜDM vahidinə düşən emissiyaları 35 % azaltmaqla bağlı hədəf qoyub. Bu, regionun əksər ölkələrinin yanaşmasından fərqlənir. Bu ölkələr mütləq azalmalara istiqamətlənirlər. Məsələn, Ermənistan 2030-cu ilə qədər 1990-cı il səviyyəsi ilə müqayisədə emissiyaları 40 % azaltmağı planlaşdırır. Azərbaycan regionda yeganə ölkə olaraq uzunmüddətli hədəf müəyyən etməklə fərqlənir. Buraya beynəlxalq dəstək şərti ilə 2050-ci ilə qədər emissiyaları 40 % azaltmaq (1990-cı il səviyyəsindən) daxildir", – hesabatda deyilir.
"Moody"s" qeyd edir ki, bu gün regionun hökumətləri investisiya yükünün əsas hissəsini öz üzərinə götürür, bu zaman borc alətləri maliyyələşdirmənin təxminən 50 %-ni təşkil edir.
"Yaşıl" və dayanıqlı istiqrazlar enerji infrastrukturunu dəstəkləmək üçün əhəmiyyətli potensiala malikdir, lakin onların regionda istifadəsi hələki məhduddur", – müəlliflər hesab edirlər.
Agentliyin fikrincə, iqtisadi səmərəliliyin və institusional potensialın artırılmasına yönəlmiş struktur islahatları ölkələrə maliyyələşdirmə cəlb etməyə və regionu "təmiz enerji" mərkəzinə çevirməyə kömək edəcək.
"Moody"s" həmçinin vurğulayır ki, son illərdə bir sıra ölkələrdə irəliləyiş müşahidə olunur: dövlət idarəçiliyinin səmərəlilik göstəriciləri yaxşılaşıb. Bu isə Dünya Bankının qiymətləndirmələrində və agentliyin öz reytinqlərində əks olunub. Xüsusilə, Azərbaycan, Qazaxıstan və Özbəkistanın suveren reytinqləri artırılıb ki, bu da islahatların aparılmasında müsbət dinamikanı təsdiqləyir. / banker.az

Maraqlı     Tarix: 02 sentyabr 2025

Oxşar xəbərlər

"Landau" sərhədləri aşdı – Özbəkistanda 2 yeni məktəb

Azərbaycanın "Landau Education Group" təhsil şirkəti Özbəkistanda iki yeni məktəb açıb. xəbər verir ki, avqustun 23-də Özbəkistanda "Landau" adına iki STEAM (Science, Technology, Engineering, and Mathematics

Peşə təhsilində yeni mərhələ – Dağ-mədən üzrə rəqəmsal kurs təqdim olunacaq

"AzerGold" QSC-nin dəstəyi, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi və "Aspire EdTech" şirkətinin təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə "Dağ-mədən işləri üzrə mütəxəssis"

Tibbi müəmma sizi çıxılmaz vəziyyətə salıb? Metagenomikanı sınayın

Həkimlər nədən xəstələndiyimizi müəyyən edə bilmədikdə, orqanizmimizdə virusların, bakteriyaların və göbələklərin genetik materialının fraqmentlərini axtara bilərlər. 2019-cu ildə Kaliforniya ştatının Fresno şəhərində yaşayan

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla


iqtisadi xeberler iqtisadiyyat xeberleri investisiya depozit faizleri dollar manat kursu