"Morgan Stanley"dən Türkiyə Mərkəzi Bankı ilə bağlı yeni proqnoz
Qlobal investisiya bankı "Morgan Stanley"in iqtisadçıları Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının (TCMB) faiz dərəcələrini avqust ayında 1,50 faiz bəndi, sentyabrda isə 1 faiz bəndi artıraraq uçot dərəcəsini 20 faizə yüksəltmə ehtimalının olduğunu bildiriblər.
Marja xəbər verir ki, onlar faiz dərəcələrinin daha yüksək səviyyələrə qalxmalı olduğunu düşünürlər. Eyni zamanda həm depozit, həm də kredit faizləri daha yüksək səviyyələrə qalxmalıdır.
TCMB sədri Hafize Gaye Erkan cümə axşamı ilk inflyasiya hesabatını təqdim edib. Erkan təqdimatında bankın il sonu inflyasiya proqnozlarına yuxarıya doğru yenidən baxıldığını açıqlayıb. Erkan, əvvəlki inflyasiya hesabatında 22,3% olaraq proqnozlaşdırılan 2023-cü il üçün illik inflyasiya proqnozunun 58%-ə yüksəldildiyini, sərt pul siyasəti tədbirlərinin əsas inflyasiya meylinə təsirinin 2024-cü ilin ikinci rübündə görünməyə başlayacağını bildirib. / marja.az
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd