Moskva birjasında rubl dollar və avro qarşısında bahalaşıb
Çərşənbə axşamı Moskva birjasında valyuta hərraclarının əvvəlində rubl əvvəlki sessiyanın bağlanışı ilə müqayisədə dollar, avro və yuana qarşı bahalaşıb.
Marja.az xəbər verir ki, hərracların açılışının ilk dəqiqəsində dolların məzənnəsi 92,6 rubla, avronun məzənnəsi 103,75 rubla, yuanın məzənnəsi 13,33 rubla qədər düşüb.
Bakı vaxtı ilə saat 8:15-də dollar 1,89% ucuzlaşma ilə 95,82 rubla, avro 2,39% ucuzlaşma ilə 104,5 rubla, yuan isə 2,29% azalma ilə 13,083 rubla ticarət olunub.
Dünən Rusiya Mərkəzi Bankı avqustun 15-də uçot dərəcəsi ilə bağlı İdarə Heyətinin növbədənkənar iclasının keçirəcəyini açıqlayıb. Bankın bu gün faizini kəskin artıracağı gözlənilir.
Dünən Rusiyada dolların məzənnəsi 101 rublu, Avronun məzənnəsi isə 111 rublu keçmişdi. Mərkəzi Bankın açıqlamasından sonra məzənnələr bir qədər düşüb.
OpenAI, Zoom və Zoho Azərbaycanda vergi uçotuna düşdü
Azərbaycanda rəqəmsal iqtisadiyyatın vergiyə cəlb edilməsi və bu sahədə vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) elektro
Ölkəyə 5 min ton daha az düyü gətirilib
2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın
Azərbaycan iqtisadiyyatı 21 ildə 3,8 dəfə böyüyüb
Azərbaycanın ümumi daxili məhsulu 2003–2024-cü illər ərzində real ifadədə 3,8 dəfə artıb. xəbər verir ki, göstəricilər "Rəqabətin inkişafına və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair 2027–2029-cu illə
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. İnvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə ABŞ-İran gərginliyi 1-5 iyun həftəsində bazarlarda risk aktivləri üzərnd