"Mover" şirkəti "sönür" - VƏTƏNDAŞLAR ZƏRƏR ÇƏKİB

"Mover" MMC express logistika şirkətinin müştəriləri narazıdırlar. 
FED.az xəbər verir ki, onlarla Azərbaycan vətəndaşı zərər çəkib. 
Qeyd edək ki, "Mover" MMC yükləri (bağlamaları) müxtəlif xarici ölkələrdən Azərbaycana gətirib sahiblərinə təslim edir.  
Şirkətin müştərilərinin etdikləri müraciətlərə və onların sosial mediada paylaşdıqları məlumatlara görə, "Mover" şirkəti 6 aydan çoxdur bir çox vətəndaşın ABŞ-da olan bağlamalarını gətirib təhvil vermir. 
Digər məlumata görə, martın 15-dən Türkiyə anbarında olan bağlamalar da gəlmir. 
Şirkətin müştəriləri bildirirlər ki, "Mover"ə zəng çatmır, zənglərə və müraciətlərə cavab verilmir. Eyni zamanda şirkətin saytı da düzgün işləmir.
Şirkətin müştəriləri iddia edirlər ki, "Mover" şirkəti fəaliyyətini dayandırmaqdadır. Digər bir iddiaya görə, əməkdaşları belə Şirkətin rəhbərliyi ilə əlaqə saxlaya bilmirlər.
Bakıda "Mover"in məntəqəsində bağlamasının itdiyini də idda edən var.
Şirkətin müştəriləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət etdiklərini və cavab gözlədiklərini qeyd ediblər.
"Mover" MMC gecikən Amerika bağlamaları ilə bağlı açıqlama da yayıb.
Açıqlamasında Şirkət etiraf edib ki, bir müddətdir ABŞ anbarına daxil olan bağlamaların müştərilərə vaxtında çatdırılmasında problemlərlə (gecikmə) üzləşib və bunu "Silk Way" şirkətinin  "Mover"-ə aid bağlamaları daşımasından imtina etməsilə əlaqələndirib. Sözügedən şirkətin məhsul şəxsi tərəfindən "Silk Way" ilə "Mover" arasında hüquqi problemin olduğu bildirilib. "Mover" isə "Silk Way" ilə arasında heç bir hüquqi münasibət - birbaşa və dolayı müqavilə olmadığını bəyan edib. Həmçinin, "Mover" "Silk Way" şirkətilə  müqavilə bağlamağa da hazırdır.
"Bildirmək istəyirik ki, bizim "Silk Way" ilə "əməkdaşlıq" etdiyimiz dövr ərzində sözügedən şirkət ilə heç bir mübahisəmiz, o cümlədən indiki münasibətə səbəb olacaq heç bir hərəkətimiz olmamışdır. Bu problemin həlli istiqamətində tərəfimizdən yüksək səviyyədə danışıqlar aparılır. Odur ki, dəyərli müştərilərimizdən bu məsələdə səbirli və anlayışlı olmağı xahiş edirik!",- Şirkətin məlumatında bildirilir.
"Mover" ABŞ-da yerləşən anbarın fəaliyyətini dayandırıb.
"Mover" şirkəti əlavə olaraq qeyd edib: "Biz ABŞ-dan daşımaları ilin müxtəlif aylarında Türk Hava Yolları vasitəsilə etsək də, ilin digər ayları Türk Hava Yolları təyyarələrinin yük həcminin az olduğu, daşımaların həyata keçirilməsinin mümkünsüz olduğu səbəbilə daşımalar zamanı "Silk Way" ilə əməkdaşlıq etməli olurduq. Sizdən Mover tətbiqi və sayt vasitəsi ilə ABŞ anbarına sifarişləri dayandırmağınızı xahiş edir və bildirmək istəyirik ki, ABŞ anbarına 15.01.2023-ci il tarixindən sonra daxil olan bağlamalar üçün "Mover" MMC məsuliyyət daşımayacaqdır!
Bir daha nəzərinizə çatdırmaq istəyirik ki, siz müştərilərimiz qarşısında öhdəliklərimizi tam formada qəbul edirik və ən qısa zamanda Amerika anbarımızda olan bütün bağlamalar mümkün bütün variantlar ilə sizə çatdıracayıq".
Qeyd edək ki, şirkət bu açıqlamasını ötən ilin dekabr ayının 12-də yayıb. Həmin vaxtdan 4 ay keçməsinə baxmayaraq bu gün də müştərilər bağlamalarını qəbul edə bilməyiblər.
Müştərilər qeyd edirlər ki, şirkət öncədən gözlənilən problemlər barədə onları məlumatlandırmalı idi. 
Əlavə edək ki, "Mover" şirkəti artıq 3 aydır sosial media səhifələrində paylaşımlar da etmir. (Marja.az)

Biznes     Tarix: 11 aprel 2023

Oxşar xəbərlər

Bakıda Almaniya-Azərbaycan biznes konfransı keçiriləcək

Oktyabrın 27-də Bakıda qida emalı və qablaşdırma avadanlıqları sahəsində ixtisaslaşmış Almaniya şirkətlərinin nümayəndə heyətinin iştirakı ilə Almaniya-Azərbaycan biznes konfransı və fərdi işgüzar görüşlər keçiriləcək. xəbə

Londondakı yeganə Azərbaycan restoranından - REPORTAJ - FOTOLAR

Sonuncu dəfə nə vaxt dovğa yediyimi xatırlamıram. Dovğa elə yeməklərdəndir ki, hazırlanması həm vaxt, həm də böyük zəhmət tələb edir. Vətəndən uzaqda yaşayanda insan ailəsi üçün nə qədər darıxırsa, illərlə öyrəşdiyi doğm

Yeni yaradılan şirkətin sərmayəsindən – 3,4 MİLYON GÖTÜRÜLÜR

"Ses 2026" MMC (VÖEN: 1407814331) nizamnamə kapitalını azaldır. Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını 6 milyo

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Sahibkarlar üçün yenilik - Ezamiyyət qaydaları dəyişdi

Azərbaycanda işçilərin ezamiyyətə göndərilməsi qaydalarında dəyişiklik edilib. xəbər verir ki, maliyyə naziri Sahil Babayevin sədrliyi ilə Maliyyə Nazirliyinin Kollegiyası "İşçilərin Ezamiyyə Qaydaları"na dəyişikliklər

Avropanın aparıcı lüks brendlərinin bazar dəyəri 251 milyard avro azalıb

Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb. Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO. xəbə

Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR

"A-Z Smart Meters" MMC (VÖEN: 1906782361) nizamnamə kapitalını artırır. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. biznes və maliyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalını


iqtisadi xeberler bu gunun xeberleri bitkoin qiymeti en son xeberler dollar mezenne