Mühasibat uçotu sənədlərini 5 ildən az saxlayan şəxslərə maliyyə sanksiyası tətbiq ediləcək
Azərbaycanda mühasibat uçotu sənədlərinin tam oxunaqlı şəkildə 5 ildən az müddətdə saxlayan vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək.
Marja.az xəbər verir ki, qanunvericiliyə edilmiş dəyişikliyə görə, mühasibat uçotu sənədlərinin tam oxunaqlı şəkildə 5 ildən az olmamaqla saxlanılması tələbinin pozulması anından ən azı 5 il keçmişdirsə, şəxs həmin hüquq pozuntusunun törədilməsinə görə məsuliyyətə cəlb edilə bilməz və vergi öhdəlikləri yarana bilməz.
Eyni zamanda, qeyd olunmuş sənədlərin müəyyən edilmiş 5 ildən az olmayan müddətdə üzrlü səbəb olmadan saxlanılmamasına görə vergi ödəyicisinə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
01.01.2023-cü il tarixədək qüvvədə olan qanunvericiliyə əsasən, qeyd olunmuş pozuntuya görə maliyyə sanksiyası mövcud deyildi.
Dövlət büdcəsinin gəlirləri azalıb
2026-cı ilin yanvar-may aylarında dövlət büdcəsinin gəlirləri 16 milyard 365,7 milyon manat olub. M. xəbər verir ki, Dövlət Statistika Komitəsinin dərc etdiyi 2026-cı ilin yanvar-may aylarında ölkənin iqtisadi və sosial inkişafını
Gələn il üzrə icmal büdcənin kəsir limiti müəyyənləşib
2027-ci ildə Azərbaycanın icmal büdcəsinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) gəlirləri nəzərə alınmadan kəsirinin yuxarı həddinin 16 milyard 74 milyon 122,9 min manat olması nəzərdə tutulur
1 tonu üçün 150 manat gömrük yığımı alınacaq
Nazirlər Kabineti 26 aprel 2016-cı il tarixli "Gömrük yığımlarının məbləğləri"ndə dəyişiklik edib. Bununla bağlı Baş nazir Əli Əsədov yeni əmr imzalayıb. VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən. Qərar
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə